Əsas Səhifə > Sosial, Manşet > Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi
Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi17-01-2015, 11:58 |
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov çətin duruma düşdüyündən RİH-də yoxlama-təftiş zərurəti yaranıb. DİA.AZ-a bu barədə Hesablama Palatasındakı mötəbər mənbələrdən verilən informasiyadan aydın olur ki, Zakir Fərəcovun rəhbəri olduğu RİH-in 2014-cü il ərzində ciddi maliyyə pozuntularına yol verməsi ilə bağlı ciddi faktlar səbəbindən Hesablama Palatası sözügedən qurumda yoxlama aparacaq. Mənbə dia-az.site-a açıqlamasında iddia edir ki, bu yoxlamaların yekunu çox sərt qərarlarla müşaiyət oluna bilər: «Yoxlama zərurəti yaradan faktlar indidən Zakir Fərəcova və yaxın çevrəsinə çox ciddi başağrıları yaratmaqdadır». Onu da xatırladaq ki, Abşeron RİH başçısının postundan alınması məsələsi də «yuxarıların» gündəmindədir… Geri qayıt |