Əsas Səhifə > Sosial, Manşet > Əməkhaqqılarını ala bilməyən "Alov" zavodunun fəhlələri "od püskürür"...

Əməkhaqqılarını ala bilməyən "Alov" zavodunun fəhlələri "od püskürür"...


12-01-2015, 10:08
Əməkhaqqılarını ala bilməyən "Alov" zavodunun fəhlələri "od püskürür"...
Alov Zavodunda yenidən narazılıq baş qaldırıb. JAM.AZ xəbər verir ki, narazılığa səbəb fəhlələrin iki aydır əmək haqlarını ala bilməməsidir.

Məlumatda deyilir ki, direktor Kamil Əsgərovun idarəetməsindən ciddi şəkildə şikayət edən işçilər bildirirlər ki, yeni ili maddi sıxıntılarla keçiriblər. Noyabr ayı da daxil olmaqla, artıq iki aydır ki, maaş üzünə həsrətdirlər.

Onlar qeyd edirlər ki, Kamil Əsgərovun başı başqa işlərə qarışdığından işçilər heç yadına da düşmür. Fəhlələrin sözlərinə görə, belə davam edərsə, etiraz aksiyası keçirməkdən başqa çıxış yolları qalmayacaq.

Xatırladaq ki, Alov Zavodu Müdafiə Sənayesi Nazirliyinin balansındadır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt