Əsas Səhifə > Sosial, Manşet > Bakı Dövlət Sirki rəhbərliyinin ilginc bilet satışı maxinasiyası – Polis işçiləri sirkin “kassirlərinə” necə çevrilir?
Bakı Dövlət Sirki rəhbərliyinin ilginc bilet satışı maxinasiyası – Polis işçiləri sirkin “kassirlərinə” necə çevrilir?5-01-2015, 11:18 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Jalə Əliyevanın narazılığı bu bayram günlərində üzləşdiyi özbaşınalıqlarla bağlıdır. DİA.AZ-a yazan narazı vətəndaş bildirir: “Azərbaycanda demək olar ki, bütün xidmət sahələrində və digər MƏDƏNİ istirahət təklif edən dövlət sektorlarda rast gəlinən özbaşınalıqlar, istehlakçı hüquqlarının pozulması Bayram əhval-ruhiyəsini məhv edir. Məsələn, 2 gün öncə uşaqları tətillərini maraqlı etmək məqsədi ilə apardığım Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeçiliyində olan Bakı Dövlət Sirki. Binanın təmizliyi, ümumi durumu, ordan gələn qoxu ilə işim yoxdu. Əsas insanı şoka salan, hövsələdən çıxaran ordakı BİLET SATIŞI SİSTEMİDİR. Kassada 1 həftəlik tamaşa üçün bilet tapmaq mümkün deyildi. Amma kassanın qarşısında çiyinlərində Daxili İşlər Nazirliyinin paqonlarını daşıyan "POLİS" əməkdaşı əməlli-başlı hərrac təşkil edib bilet satışıynan məşğuldur. Həm də biletin üzərində göstərilən qiymətin ən azı 40-50% bahasına satırlar. Yəni bizim bildiyimiz polis, qanun təmsilçisi bu cür qanun pozuntularının, öz başınalıqların, vətəndaşlara qarşı olan haqsızlıqların, cinayətlərin qarşısını almalıdır. Amma görünən tam əksidir”... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |