Əsas Səhifə > Sosial, Manşet > DİQQƏT! Ehtiyatlı olun: Bakıda müştərilərə fırıldaq gələn şirkət var - «Music Gallery» necə kəf gəlir
DİQQƏT! Ehtiyatlı olun: Bakıda müştərilərə fırıldaq gələn şirkət var - «Music Gallery» necə kəf gəlir26-12-2014, 11:20 |
DİA.AZ: - Bu gün Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi mühüm bir problem kimi qabarmaqdadır. Bəzən elə bir təəssürat yaranır ki, Azərbaycanda xidmət, mal təklif edənlər hakimi-mütləqdirlər. Bunun yetərincə sübutları var. Elə mobil nömrə alarkən bizə kiçik hərflərlə yazılmış və oxumadan, baxmadan imzalamağımız tələb olunan NAMƏLUM MÜQAVİLƏ MƏTNİNİ oxumağa cəhd edərkən də bu təəssürat yaranır. Aydın olur ki, həmin müqavilə sırf olaraq istehlakçının yox, əks tərəfin hüquqlarının müdafiəsinə hesablanıb. Ən acınacaqlı olanı isə odur ki, bu problem heç bir zaman qabardılmayıb, problemə DÖVLƏT MÜDAXİLƏSİ baş verməyib. Bu isə nəticədə istehlakçıların məhz DÖVLƏT TƏRƏFİNDƏN müəyyən olunan hüquqlarının həyasızcasına tapdanmasını adi hala çevirib. Bu gün dükanlarda bizi öz təhlükəli ərzaqları ilə zəhərləyə də bilərlər, öz keyfiyyətsiz mallarını bizə sırıya da bilərlər. Bu təbiidir. Çünki belə bir şərait var. Çünki qanunları saya salan yoxdur. Aşkar surətdə risqli bir həyat yaşadığımız elə buradan anlaşılır. DİA.AZ-a müraciət edən Bakı sakininin şikayəti də istehlaçı hüquqlarının pozulması ilə bağlıdır. Bu dəfə isə hüquqpozucusu kimi çıxış edən kifayət qədər prestijli hesab olunan bir şirkətdir. Söhbət «Music Gallery»dən gedir. Redaksiyamıza danışan narazı vətəndaşın sözlərinə görə, 2014-cü il 19 dekabr tarixində «Music Gallery»nin «28 Mall» Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən dükanından iki ədəd hər biri 129 manata olan planşet alıb. Vətəndaş dia-az.site-a danışır: «Bu şirkətdən dəfələrlə mal almışam və hansısa problem yarananda 14 gün ərzində aldığım malı geri qaytarma hüququmdan istifadə də etmişəm. Yəni «Music Gallery»ni ciddi bir şirkət kimi qəbul edirdim. Və buna görə də etimad göstərməkdə davam edirdim. Amma yanılmışam. 19 tarixində aldığım planşetlərdən biri deffektli çıxdığından 25 dekabr tarixində, yəni 6 gün sonra eyni ünvandakı eyni dükana müraciət etdim və malın yenisi ilə əvəzlənməsini tələb etdim. Lakin dükanın Faiq Hacıyev adlı müdiri mənə Azərbaycan qanunlarının yox, məhz öz rəhbərliklərinin təlimatının ümdə, əsas olduğunu bildirərək malın ynisi ilə əvəzlənməsindən aşkar surətdə imtina etdi. Və bildirdi ki, bunu rəhbərliyin təlimatı ilə edir. Mən isə Azərbaycan dövlətinin müvafiq qurumlarının, habelə Nazirlər Kabinetinin istehlakçıların hüquqları ilə bağlı qanunlarını, qərarlarını xatırlatsam da, özügedən dükanın birinci siması mənə öz qanunlarının dövlətin qanunlarından üstün olduğunu nümayişkaranə şəkildə bildirərək, müzakirədən belə imtina etdi. Hətta «Get hara istəyirsən, şikayət et» deməyi də unutmadı». Bunu aşkar surətdə özünün istehlakçı hüquqlarının kobud şəkildə pozulması və həm də Azərbaycan dövlətinin qanun və qaydalarının tapdanması kimi dəyərləndirən narazı vətəndaş dia-az.site-a onu da bildirdi ki, artıq məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin «qaynar xətti»nə də müraciət edib: «Təbii ki, mən nazirliyin bu məsələdə kifayət qədər iri bir şirkətin maraqlarına qarşı duruş gətirə biləcəyinə ümid edirəm. Ona görə də müraciət etmişəm və inanıram ki, tədbir görüləcək. Amma acınacaqlı olanı odur ki, bu şirkət böyük bir şəbəkəyə malikdir və açıq şəkildə mənim kimi minlərlə vətəndaşımızın başına rəsmən corab hörməkdədir. Çünki qanunlardan əksəriyyət xəbərsizdir və bu gün müdirlərinin təlimatı ilə - AZƏRBAYCAN QANUNLARI İLƏ YOX - müdirlərinin təlimatı ilə işləyən bu dükan şəbəkəsi minlərlə istehlakçının haqqını gözgörəsi tapdamaqla məşğuldur». Onu da bildirək ki, DİA.AZ olaraq bu məsələ ilə bağlı araşdırmaya başlamışıq və əlavə informasiyaları diqqətinizə təqdim edəcəyik. Geri qayıt |