Əsas Səhifə > Sosial, Manşet > Ucar sakini rüşvətxor işçisi ilə bağlı Fikrət Məmmədova şikayət etdi
Ucar sakini rüşvətxor işçisi ilə bağlı Fikrət Məmmədova şikayət etdi24-12-2014, 08:39 |
DİA.AZ: - Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan Həsənova Züleyxa Əli qızı redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a daxil olan müraciətdə deyilir: “Mənim həyat yoldaşım Həsənov Həsən Xəlil oğlu 20 Mart 2014-cü il tarixdə vəfat edib. Onun adına olan hazırda yaşadığımız evimizi oğlum Hüseynin adına keçirmək üçün Ucar Rayon Notariusu Elman Cəlalov məndən 1000 manat rüşvət istəyir. Bu məbləğdə pulumun olmadığını bildirdikdə mənə dedi ki, bu mümkün deyil, onda gərək ev birinci sənin adına keçirilsin, sonra da oğlunun adına keçirə bilərsən. Buna görə də Ucar Rayon Notariusu Elman Cəlalov bizi süründürməçiliyə məruz qoyub. Bütün sənədlərimiz hamısı qaydasındadır və ailə üzvülərimiz hamısı buna razıdır ki, ev birbaşa oğlum Hüseynin adına keçsin. Mənə hüquqşünaslar bildirirlər ki, notarius yalan deyir, birbaşa evi oğlumun adına keçirə bilərəm. Rüşvətə görə notarius bizi süründürür. Mən Ucar rayon Notarusu Elman Cəlalovun bu qanunsuz əməli barədə Ədliyyə Nazirliyinə elektron formada şikayət göndərmişəm. İnanıram ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəcək. Kasıb adamlarıq, mənim hardadı pulum ki, Elman Cəlalova rüşvət verim”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |