Əsas Səhifə > Sosial, Manşet > Sumqayıt Dövlət Universitetinin tələbələri rektora ilginc gormada etiraz etdilər

Sumqayıt Dövlət Universitetinin tələbələri rektora ilginc gormada etiraz etdilər


19-12-2014, 09:51
Sumqayıt Dövlət Universitetinin tələbələri rektora ilginc gormada etiraz etdilər
Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor təyin ediləndən sonra böyük əksəriyyət elə zənn edirdi ki, keçmiş rektor «Qəssab Nadir» ləqəbli Nadir Qəhrəmanovun yaratdığı sistem dağıdılacaq və hər şey ən azından mərhələ-mərhələ qaydasına düşəcək. Lakin gözlənilənlərin tam əksi olaraq, universitetdə durum daha da pisləşib.

JAM.AZ xəbər verir ki, sözügedən ali təhsil ocağının tələbələri dünən sosial şəbəkələrdə üzləşdikləri problemlərlə bağlı məlumat yayıblar. Həmin məlumatda deyilir ki, yeni rektor Elxan Hüseynov heç də keçmiş rektordan fərqli hərəkət etmir. Onların iddiasına görə, imtahan sessiyasına start veriləndən sonra tələbələrdən imtahanlardan keçmək müqabilində hər biri üçün 100 manat tələb olunur.

Sumqayıt Dövlət Universitetinin tələbələri rektora ilginc gormada etiraz etdilər

Bundan başqa, «zaçot» üçün də 50 manatın istənildiyini deyirlər. Bu pulu verməyənlərə qarşı təzyiqlərin edildiyi və imtahana buraxılmayacaqları ilə hədələndiyi də yayılan məlumatlar sırasındadır. Tələbələr qeyd edirlər ki, onlardan pul tələb edən müəllimlər tapşırığın Elxan Hüseynov tərəfindən verildiyini bildirirlər. Və bu səbəbdən də kimə müraciət edəcəklərini də bilmirlər.

Qeyd edək ki, tələbələr hətta SDU-dakı vəziyyəti əks etdirən karikatura da yayıblar.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt