Əsas Səhifə > Sosial, Manşet > "Azersun"dan daha bir şok fakt: "Bizim Tarla"dan həşərat çıxdı
"Azersun"dan daha bir şok fakt: "Bizim Tarla"dan həşərat çıxdı13-12-2014, 11:07 |
""Bazarstore" supermarketlər şəbəkəsinin Əhmədli qəsəbsində yerləşən filialında aldığımız Bizim Tarla kompotunun içində həşarat olduğunu gördük". Bu barədə Arqument.Az-a paytaxt sakinləri tərəfindən daxil olan şikayət məktubunda bildirilir. Şikayətçilər bildirirlər ki, son vaxtlar "Azersun Holdinq" və onun tərkibinə daxil olan "Bazarstore" supermarket şəbəkələrində dəfələrlə bu kimi hallar baş verməkdədir: "İnsanların sağlamlığını deyil, pullarını, ciblərini düşünən şəbəkə, holdinq alıcılara dəyər vermir! Kim bilir, bəlkədə, "Azersun"da və "Bazarstore"də minlərlə belə məhsul var və gündəlik insanlara satılır. İnsanları zəhərləyirlər!". "Bundan başqa, yalnız bir kassada dövlət çeki vurulur. Qalıq pullar qaytarılmır və əvəzində müştəriyə heç nə təklif edilmir. "Bazarstore" faktiki pullarımızın və sağlamlığımızın qəniminə çevrilib", - deyə sakinlər bildirir. Qeyd edək ki, şikayətçilər faktla bağlı Arqument.Az-a foto və videogörüntğülər də göndəriblər.Həmin fotolarla videogörüntünü təqdim edirik. Mövzu ilə bağlı sözügedən holdinqin mövqeyini də dərc edəcəyik. Geri qayıt |