Əsas Səhifə > Sosial, Manşet > Gələn il Azərbaycanın bank sektorunu qarışdıran şok olaylar yaşanacaq

Gələn il Azərbaycanın bank sektorunu qarışdıran şok olaylar yaşanacaq


12-12-2014, 11:27
Gələn il Azərbaycanın bank sektorunu qarışdıran şok olaylar yaşanacaq
DİA.AZ: - Azərbaycanın bank sektorunda bir neçə xırda bankın gələn ildən birləşəcəyi ilə bağlı xəbərləri ilk olaraq Mərkəzi Bankın rəhbərliyi yaydı və artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir.

Amma maraqlı orasıdır ki, bu prosesdən istifadə marağı da aşkar surətdə duyulmaqdadır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr xəbər verib.

Redaksiyamıza daxil olan informasiyaya görə, 2015-ci ilin yanvar ayından start götürəcək proses zamanı təkcə xırda kapitalı banklar deyil, həmçinin çoxdan bəri bank sektorunda problemli qurum kimi nəzərləri cəlb edən banklar da «vurulacaq».

Məlumatlı mənbənin dia-az.site-a söylədikləri: «Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanda İranın müəyyən dairələrinə aid gizli bank şəbəkəsinin mövcudluğu faktı ortaya çıxmışdı. Hələ 2011-ci ildə aşkarlanan bu faktlar həmin ərəfədə məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərlə də təsbit olunmuşdu.

Aydın olurdu ki, Azərbaycanda İrandan ötürülən çirkli pulların yuyulma üvnanı olaraq «Bank of Baku», «Royal Bank of Baku» və «XalqBank» nişan verilir. Artıq bu banklardan birinin - «Royal Bank of Baku»nun fəaliyyətinə xitam verilib».

Gələn il Azərbaycanın bank sektorunu qarışdıran şok olaylar yaşanacaq

Mənbə dia-az.site-a açıqlamasında iddia edir ki, gələn ilki mərhələdə «XalqBank»la «Bank of Baku»nun da «vurulması» planlaşdırılır: «Bu iki bankın birləşdirilərək, yeni ad altında fəaliyyəti gözlənilir. Eyni zamanda bankın səhmdarlarının da böyük ehtimalla dəyişdiriləcəyi gözlənilir. Daha dəqiqi, «Bank of Baku» da ciddi pay sahibi olan və məşhur «VikiLiks» təşkilatının sənədlərində İranın xüsusi xidmət orqanları ilə bağlılığı vurğulanan Oromi qardaşlarına aid «NAB» Dış Ticaret şirkətinə aid səhmlərin başqasına veriləcəyi planlaşdırılır».

Bu iddialarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt