Əsas Səhifə > Sosial, Manşet > İlqar Əliyevin şirkəti ilə bağlı prezidentə şikayət ünvanlanır – Haqqı tapdanan sahibkar başqa yol görmür

İlqar Əliyevin şirkəti ilə bağlı prezidentə şikayət ünvanlanır – Haqqı tapdanan sahibkar başqa yol görmür


8-12-2014, 10:01
İlqar Əliyevin şirkəti ilə bağlı prezidentə şikayət ünvanlanır – Haqqı tapdanan sahibkar başqa yol görmür
DİA.AZ: - Keçən günlərdə “Ər-Riyad” Ticarət Mərkəzininn rəhbərliyindən şikayət edən sahibkarın müraciətini diqqətinizə təqdim etmişdik. DİA.AZ-a haqqının tapdandığını iddia edərək müraciət edən sahibkar Taleh Ismayılov bildirirdi ki, 27 oktyabr 2007-ci ildə Az-100\132 saylı müqavilə ilə “Ər-Riyad” Ticarət Mərkəzindən dəyəri 72 min ABŞ dolları olan Bina 24, Xətt 13-də yerləşən 19 saylı 36 kvadratmetrlik mağaza götürüb ki, bundan sonr da qara günləri başlayıb:

“Hissə-hissə ödəmək şərti ilə hər ay “Ər-Riyad” TM-yə 34 min dollar pul ödəniş etdim. Sonra müqavilə şərtimiz pozuldu. Anlaşmamıza uyğun olaraq “Ər-Riyad” Ticarət Mərkəzi ödədiyim pulları geri qaytarmalı olsa da, həmin məbləğdən – 34 min ABŞ dollarından yalnız bir hissəsini – 12 min 500 dolları qaytardı. Qalan 21 min 500 dollar məbləğ hələ də TM tərəfindən qaytarılmayıb və neçə müddətdir ki, həmin pulu geri tələb etməyimə baxmayaraq, mənə şirkətin rəhbərliyində yer alan şəxslər müxtəlif bəhanələr gətirirlər. Ən çox da kassada pulun olmadığını bəhanə edirlər ki, bu da ağ yalandır. Onlar sadəcə olaraq bu yolla sanki vaxtı uzadırlar, adamı canından bezdirirlər.

Ən ağrılı olanı isə odur ki, həmin şəxslər bu yolla hörmətli İlqar Əliyevin işgüzar imicinə, cəmiyyət arasında olan hörmətinə də ləkə vurmuş olurlar”.

DİA.AZ-a danışan sahibkar bildirir ki, əgər bu həftə ərzində ona şirkət tərəfindən olan borc ödənməzsə, prezident İlham Əliyevə müraciət edərək, işə müdaxiləsini istəyəcək: “Hörmətli Prezident dəfələrlə sahibkarların incidilməsi problemindən danışıb və öz mövqeyini ortaya qoyub. Sahibkarlar dövlətin dayağıdır. Mən də prezidentə ümid edirəm və özünün çüflis olduğunu iddia edən “Ər-Riyad” rəhbərliyi əgər pulumu qaytarmazsa, həm hüquq-mühafizə orqanlarına müraciət edəcəm, həm də prezidentdən kömək istəyəcəm”.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt