Əsas Səhifə > Sosial, Manşet > Ağstafa rayon rəhbərliyinin ilginc maliyyə maxinasiyaları

Ağstafa rayon rəhbərliyinin ilginc maliyyə maxinasiyaları


4-12-2014, 10:18
Ağstafa rayon rəhbərliyinin ilginc maliyyə maxinasiyaları
Azərbaycanda ən kiçik rayonlardan biri olmasına baxmayaraq, ən böyük qalmaqallara imza atanlar sırasında Ağstafa artıq “layiqli” yerini tutmağa başlayıb. Bu rayonda icra başçısı kənardan gəlmə, habelə işini bacarmayan biri olduğundan elə də nüfuz sahibi deyil. Ələlxüsus, dünyanın hər üzünü görmüş Ramiz Tatarov kimi müavinə malik olması onun qapısının mıxladılması təhdidinə qədər eşitməsinə səbəb olub.

Rayonda həyata keçirilən maxinasiyalar, oyunlar və yağma prosesləri isə bilavasitə bu iki şəxsin adı ilə bağlanılır. Məsələn, Qarayazı meşələrinin talan edilməsi, BTC-nin keçdiyi ərazilərə görə kompensasiyaların alınması zamanı edilmiş fırıldaqlar, insanların adından saxta sənədlər düzəldilərək, yüz minlərlə manatın mənimsənilməsi, habelə boru “biznesi”nin tam himayə altına alınması və bu zaman hətta qonşu rayonların ərazilərinə müdaxilələr bu qəbildən olandır.

JAM.AZ-a verilən məlumata görə, bu fırıldaqların sırasına daha biri də əlavə olunmaq üzrədir. Qeyd edilir ki, icra başçısı Məhərrəm Quliyev birinci müavini Ramiz Tatarovlaa əlbir olaraq, dəmir yolunun yaxınlığında yerləşən xəstəxananın binasını satmağa girişiblər. Məlumatda deyilir ki, hazırda təmir olunan tibb ocağı bundan sonra “istifadəyə yararsız” kimi sənədləşdiriləcək. İşçilər isə rayondakı kiçik poliklinikaya yerləşdirilib və orada vəziyyət dözülməzdir. Çünki bəzi otaqlarda 5-6 həkim bir yerdə oturmaq məcburiyyətindədir. Bu poliklinikada yer çatışmazlığı üzündə xəstələri koridorda qoyulmuş çarpayıda uzanıqlı vəziyyətdə də görmək mümkündür.

Dımir yolunun yaxınlığındakı xəstəxana binası isə bundan sonra Ticarət Mərkəzi kimi fəaliyyət göstərəcək. JAM.AZ-a verilən məlumatlarda bu əməliyyatdan icra başçısı ilə müavininin 240 min manat qazandıqları iddia edilir.

Bu əsnada Ağstafanın icra başçısı Məhərrəm Quliyevin 1993-cü ilin yayında Lənkəranda hansı işlərlə məşğul olmasına dair maraqlı məlumatlar ortaya çıxıb. Bu barədə geniş araşdırma və dəqiqləşdirmələrdən sonra oxuculara məlumat verəcəyik.

Geri qayıt