Əsas Səhifə > Sosial, Manşet > 8 aylıq körpəsi ölüm ayağında olan ananın ürəkdağlayan müraciəti
8 aylıq körpəsi ölüm ayağında olan ananın ürəkdağlayan müraciəti2-12-2014, 10:32 |
DİA.AZ: - Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi Betonzavod yaşayış binası sakini Alıcanova Hüsniyyə Əzməmməd qızı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya kömək üçün müraciət edib. Bununla bağlı DİA. AZ-ın elektron poçtuna daxil olan müraciətdə deyilir. dia-az.site olaraq Ucar sakininin müraciətini olduğu kimi diqqətinizə çatdırırıq: “Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, 8 aylıq uşağım Turanda anadan gəlmə ürək çatışmamazlığı var ki, təcili əməliyyat olunmasa, ölə bilər. Belə ki, Turanın müayinəsi zamanı ürəyində ciddi qüsur, 5 yerdən yırtıq olduğu aşkar edildi. Həkimlər onun təcili cərrahiyə əməliyyatı olunmasını bildirdilər. Çox təəssüf olsun ki. balaca Turanın Azərbaycanda müalicəsi mümkün deyil ki, buna görə xarici ölkələrin birində təcili əməliyyat olunmasına zərurət var. 8 aylıq Turan hər gün ağlayır, xəstəliyə görə çox zəifdir, əziyyət çəkir. Maddi imkanımız yoxdur ki, azyaşlı xəstə balamızı müalicə edilməsi üçün xarici ölkəyə aparaq. Buna görə çox-çox narahatıq. Balaca Turan təcili əməliyyat edilməsə, həyatını itirə bilər. Ağlamaqdan gözümün yaşı quruyub. Allah heç kəsə bala dağı göstərməsin. Ancaq buna baxmayaraq ümüdümüzü üzməmişik... ona görə ki. Azərbaycanın Mehriban Əliyeva kimi humanist, mərhəmətli birinci xanımı var. Mehriban xanımın köməkliyi ilə Azərbaycanda çoxlu sayda xəstə adamlar müayinə və müalicə olunub, sağlamlıqları bərpa edilmiş, həyatda qalmışdılar. Bütün bunlar Mehriban xanımın mərhəmətinin, qayğıkeşliyinin nəticəsində həyata keçirilmişdir. Bizim ailəmiz də inanırıq ki, Mehriban xanımın mərhəməti nəticəsində körpə Turan təcili əməliyyat olunacaq və həyatda yaşayacaq. Ümidimiz göydə Allaha və yerdə Mehriban xanımadır. Bizə məlumdur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xətti ilə növbəlik əsasında müalicəsi ölkə daxilində mümkün olmayan xəstələr dövlət vəsaiti hesabına respublikadan kənarda müalicəyə göndərilir. Ancaq körpə Turan təcili əməliyyat olunmasa, ölə bilər ki. buna görə növbədənkənar təcili olaraq respublikadan kənarda əməliyyat edilməlidir. Mehriban xanıma ərizə ilə müraciət etmişik. Mən mətbuat vasitəsi ilə də hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm. Hörmətli Mehriban xanım. Sizdən çox-çox xahiş edirəm, Sizə yalvarıram, körpə Turanın növbədənkənar respublikadan kənarda müalicə olunmasına köməklik göstərəsiniz. Ümidimiz Allaha və Sizədir. Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram”. Geri qayıt |