Əsas Səhifə > Sosial, Manşet > “Bakıelektrikşəbəkə”nin şefinə qarşı sahibkar etirazı
“Bakıelektrikşəbəkə”nin şefinə qarşı sahibkar etirazı1-12-2014, 13:17 |
GUNDEMİNFO.AZ-ın redaksiyasına Qaradağ rayonu ərazisindəki daş karxanalarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Fərhad, Həsənov Mail, Mehdiyev Fətulla, Həmidov Həmzə tərəfindən ünvanlanan şikayət ərizəsini müəyyən ixtisarlarla olduğu kimi dərc edirik: - Yazıb sizə bildiririk ki, yerlərdə məmur özbaşınalığı nəticəsində biz sahibkarların hüquqları pozularaq bizi dövlətdən və prezidentimizdən narazı salan “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyi və bir qrup əməkdaşları nə göstərişə, nə tapşırıqlara, nə də ki Prezidentimizin sərəncamlarına əməl etmirlər. Belə ki, cənab Prezidentimiz dəfələrlə tapşırıqlar, göstərişlər verərək bildirmişdir ki, sahibkarların fəaliyyətinə maneçilik törətməsinlər. Lakin “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyi prezidentimizin göstəriş və tapşırıqlarına əməl etmək əvəzində dövlətimizin daxilində dövlət yaradaraq, daha da aqressivlik göstərərək əlavə sərfiyyat adı altında külli miqdarda pullarımızın şantaj yolu ilə ödənilməsini təşkil edərək bizim fəaliyyətimizə maddi ziyan vurmaqla ciddi problemlər yaradırlar. GUNDEMİNFO.AZ-a danışan sahibkarlar deyir ki, əlavə sərfiyyat adı altında pullarımızın mənimsənilməsinə baxmayaraq, əlavə hər ay olmaq şərtilə qanunsuz olaraq nəğd pul tələbi qoyaraq, pul məbləğinin azlığını bəhanə gətirərək işıqlarımızı kəsib bizim sahibkarlıq fəaliyyətimizi qanunsuz olaraq dayandırırlar. Nəticədə 100-dən çox fəhlə işsiz qalıb. Bununla da biz sahibkarlara və fəhlələrə külli miqdarda maddi ziyan vurulub. Biz “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin və onların tabeliyində olan bir qrup əməkdaşın, o cümlədən Enerji Satışı Departamentinin rəhbəri başda olmaqla Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, müavini, nəzarətçisi Proqress firmasının rəhbəri əlbir olaraq bizə qarşı qanunsuzluq etmələri barədə Nazirlər Kabineti və digər qurumlara dəfələrlə müraciət etmişik. Şikayətçilər deyir ki, həmin şəxslərin cinayət əməllərinə hüquqi qiymət verilmədiyi üçün onlar işıqlarımızı kəsərək hüquqlarımızı pozmaqda davam edirlər. Biz abunəçi olaraq “Bakıelektrikşəbəkə” ASC ilə müqavilə əsasında fəaliyyət göstərməklə heç bir borcumuz olmadığı halda əsassız və qanunsuz olaraq Azərbayca Respublikası baş nazirinin 02.02.2005-ci il tarixli 18 saylı qərarına zidd olaraq işıqlarımızı kəsirlər (enerji təchizatını dayandırırlar). Qanunsuz yolla rəsmi və qeyri-rəsmi Biz sahibkarların “Bakıelektrikşəbəkə” ASC-yə heç bir borcumuz olmadığı halda bizim fəaliyyətimizin qanunsuz yolla dayandırılmasına kim cavabdehlik daşımalıdır?! Biz bir neçə dəfə prezidentimizin qəbuluna getmişik, lakin bizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin, eyni zamanda, Dövlət nəzarəti şöbəsinin müdirləri qəbul ediblər. Hər iki şöbə müdirləri toplanmış sənədlərdə (materiallarda) korrupsiya hallarının müəyyən olunmasını nəzərə alıb materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndəriblər. Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin mütəxəssislərinin verdikləri ekspert rəyinə əhəmiyyət verməyərək “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin tapşırığına uyğun olaraq aldadıcı cavab göndərərək bildirirlər ki, guya bizim istifadə etdiyimiz elektrik verilişi xətləri normativə uyğun deyil. Halbuki bu məsələni ancaq və ancaq ekspert (mütəxəssis) müəyyən edə bilər. Xahiş edirik ki, “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin qanunsuz və şantaj yolu ilə külli miqdarda pulumuzun mənimsəmələrinin qarşısının alinmasına və hüquqlarımızın bərpa olunmasına bizə köməklik göstərəsiniz. Eyni zamanda, biz sahibkarlar müəyyən qurumlara müraciət etdikdən sonra Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən təyin olunmuş ekspertiza rəyi nəticəsində müəyyən olunmuşdur ki, “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarının 8.10 bəndini kobudcasına pozmuşlar. Nəticədə külli miqdarda qanunsuz və şantaj yolu ilə vəzifə səlahiyyətlərini aşaraq saxtakarlıq yolu ilə bizə pul ödətdirmişlər. Bu qanunsuz əməllərə hüquqi qiymət vermək istəməyən Baş Prokurorluq niyə bizim hüquqlarımızın bərpa olunmasına biganə yanaşır?! Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq sizdən xahiş edirik: - Qanunsuz və şantaj yolu ilə ödənilmiş pullarımızın geri qaytarılmasına; - Kəsilmiş işıqların (dayandırılmış enerji təchizatının) dərhal bərpa olunmasına, yəni işıqların qoşulmasına; - “Bakıelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşlarının qanunsuz və qanuna zidd əməllərinə hüquqi qiymət verilməsinə; - Əvvəllər Baş Nazirliyə, eyni zamanda “Bakıelektrikşəbəkə”ASC-ə aidiyyəti olan nazirliyə yazmış olduğumuz müraciətlərə cavab verilməsinə; - Bizim hüquqlarımızın bərpa olunmasına köməklik göstərəsiniz. Qeyd edək ki, GUNDEMİNFO.AZ-a danışan şikayətçilər görüşdükləri bəzi ünvanlarda bu problemin həll edilməsinin birbaşa “Bakıelektrikşəbəkə” ASC-nin prezidenti Baba Rzayevin əlində olduğunu iddia ediblər. Geri qayıt |