Əsas Səhifə > Sosial, Manşet > 2-ci qrup hərbi əlil Mikayıl Cabbarova müraciət etdi

2-ci qrup hərbi əlil Mikayıl Cabbarova müraciət etdi


28-11-2014, 11:35
2-ci qrup hərbi əlil Mikayıl Cabbarova müraciət etdi
DİA.AZ: - Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, ehtiyyatda olan gizir Mürşüdov Tural Müştab oğlu Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Nazir! Mənə bu barədə heç bir cavab verilməyib, Təsil Nazirliyinin göstərişi icra edilməyib, məcbur qalıb yenidə müraciət edirəm, məktubu olduğu kimi sizə göndərirəm.

Mən 2-ci qrup hərbi əlil ehtiyyatda olan gizir Mürşüdov Tural Müştab oğlu Qazax rayonunda anadan olmuşam. Azərbaycanlıyam.

15 il həqiqi hərbi xidmətdə olmuşam. Müdafiə Nazirliyinin bir çox hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. Hal-hazırda ehtiyatda olan hərbi qulluqçuyam.

Bir neçə dəfə Qazax şəhər təhsil şöbəsinə müraciət etmişəm, mənim müraciətimə baxan yoxdur, bildirirlər ki, hərbi rəhbər vəzifəsinə boş yer yoxdur, mən mütəxəsis olmağıma baxmayaraq və hərbi əlilə yüksək səviədə qayğı göstərilməsinə baxmayaraq, məni eşidən yoxdur, işlə təmin edən yoxdur, mən hərbi əlil, 2 uşaq atası məcbur qalıb, Sizə müraciət edirəm. Q eyd etmək istəyirəm ki, Siz vətəndaşlara qayğı göstərməyinizə baxmayaraq, Qazax rayon Təsil şöbəsində yəni Qazaxda Sizin əmrləri yerinə yetirmir. Hərbi əlilə qanuna müvafiq olaraq qayğı və güzəştlər etmir.

Xidmət müddətində orden medallarla və hərbi hissə komandiri tərəfindən bir çox fəxri fərmalarla təltif olunmuşam.

Cənab Nazir! Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında 29 may 1998-ci il 119 № li Qərarın 5-ci bəndini rəhbər tutaraq (Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) məni Təhsil Nazirliyinin Qazax rayonunda yerləşən Sosial İqdisad kolecində vakant yer olduğu üçün hərbi rəhbər kimi müvafiq işlə təmin edəsiniz. Xidmətimin çox hissəsin düşmənlə təmas şəraitində olan ərazilərdə keçirmişəm”.

Geri qayıt