Əsas Səhifə > Sosial, Manşet > Daha bir dövlət qurumunda maaş problemi yaşanılır

Daha bir dövlət qurumunda maaş problemi yaşanılır


25-11-2014, 12:10
Daha bir dövlət qurumunda maaş problemi yaşanılır
DİA.AZ: - Məlum olduğu kimi bu gün mediada “AZAL” Dövlət Konsernində maaşların verilməməsi xəbəri yayıldı ki, buna da sözügedən qurumdan çox sərt reaksiya verildi. Halbuki ilk dəfə deyildi “AZAL”da maaşların yubadılması xəbəri ictimailəşirdi.

Və DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, “AZAL” yeganə dövlət qurumu deyil ki, maaş problemi yaşanılır. Redaksiyamıza daxil olan informasiyaya görə, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Mədəniyyət və Turizm İdarəsində də maaş böhranı yaşanır. Bu barədə DİA.AZ-a idarənin bir qrup əməkdaşı məlumat verib.

Həmin məlumatda deyilir ki, idarənin işçiləri artıq 2 ayın əmək haqlarını ala bilmirlər. Onların sözünə görə, belə vəziyyətlər dəfələrlə yaşanıb və hər dəfəsində baş verən olayın üstü ört-basdır edilib.

DİA.AZ-a müraciət edən işçilər qeyd edirlər ki, Əlikram Əliyev söhbətin mətbuata çıxarılmaması üçün işçilərə təzyiqlər etməkdən də çəkinmir. Belə ki, o, idarənin bütün işçilərinə tapşırıb ki, məsələ mətbuata çıxarılmasın. Əks təqdirdə, onları işdən azad edəcək.

Hər halda maraqlı bir məqamdır ki, rəhbərlər nədənsə maaşların yubanması faktlarının ictimailəşməsindən çox narahatdırlar. Bu isəşübhələri daha da artırır....

Geri qayıt