Əsas Səhifə > Sosial, Manşet > Daha çox dost-tanışını vəzifəyə gətirən Mikayıl Cabbarov peşəkar kadr böhranı ilə üz-üzə qalıb

Daha çox dost-tanışını vəzifəyə gətirən Mikayıl Cabbarov peşəkar kadr böhranı ilə üz-üzə qalıb


19-11-2014, 12:02
Daha çox dost-tanışını vəzifəyə gətirən Mikayıl Cabbarov peşəkar kadr böhranı ilə üz-üzə qalıb
DİA.AZ: - Təhsil nazirliyində yeni islahatlar gözlənilir. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaq informasiya verir. Məlumatı verən mənbə bildirir ki, Mikayıl Cabbarov Misir Mərdanovun dövründə yüksək vəzifə tutan daha bir neçə şəxslə yollarını ayırmağı planlaşdırır.

Mənbənin dia.az-a söylədikləri: «Əslində bu islahatlar, dəyişikliklər tədricən davam etdirilir. Amma köklü fiqurlar var ki, hələ də nazirlikdə əsas söz sahibi kimi çıxış etməkdədirlər.

Məsələn, net şəkildə deyə bilərik ki, bu gün dərslik biznesi kimi mühüm bir istiqamət keçmiş nazirə yaxın şəxslərin əlindədir. Eyni zamanda Misir Mərdanovun adamları həm də nazirliyin kadr siyasətinə də birbaşa müdaxilə imkanına malikdirlər».

«Bu dəyişikliklər Mikayıl Cabbarova lazımdırmı?» sualını cavablandıran mənbəmiz bildirir ki, əslində Mikayıl Cabbarov Misir Mərdanovdan fərqli bir üslubu nümayiş etdirmədiyindən köhnə komanda ilə işləmək onun üçün rahatdır:

«Yəni belə bir dəyişiklik zərurəti əslində mövcud olmasa da, «yuxarıların» tələbi Mikayıl Cabbarovu islahatlara getməyə vadar edir. Təhsil Nazirinin qurduğu yeni komandasının səriştəsizliyi isə ona bir başqa problemi yaratdığından, o, həm də bu səbəbdən köhnələrlə işləmək zorunda qalıb. Yəni Mikayıl Cabbarov yeni təyinatlar zamanı daha çox özünün dost-tanış çevrəsinə istinad edir. Amma nazirliyin - Təhsil nazirliyi kimi strateji bir dövlət qurumunun da işi yürüməlidir. Ona görə də Mikayıl Cabbarov köhnədən qalan mütəxəssislərdən imtina edə bilmir».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt