Əsas Səhifə > Sosial, Manşet > Xarici gəmiçilik şirkəti tərəfindən haqqı tapdanan polkovnik Səlim Müslümova ağız açdı

Xarici gəmiçilik şirkəti tərəfindən haqqı tapdanan polkovnik Səlim Müslümova ağız açdı


17-11-2014, 11:45
Xarici gəmiçilik şirkəti tərəfindən haqqı tapdanan polkovnik Səlim Müslümova ağız açdı
DİA.AZ: - «Seacor Marine AZ MMC» şirkətinin «COES MAKKOL» gəmisindən işdən haqsız olaraq azad olunmuş Mehdiyev Kamil Allahverdi oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ bildirir ki, haqqı tapdanan işçi Qarabağ müharibəsi veteranı, 20 Yanvar zərərçəkəni, polkovnik Kamil Mehdiyev hüquqlarının bərpası məqsədilə müxtəlif dövlət qurumlarına və məhkəmə instansiyalarına müraciət etsə də, səsini eşidən olmayıb.

Dia.az-a açıqlamasında narazı vətəndaş bildirir ki, işdən haqsız olaraq qovulub: «Şirkətin rəhbəri İlham Abdullayev məni şəxsi sürücüsü olan və həm də qaynı olan Babaş adlı şəxslə aramızdakı ədavətə görə işdən azad edib və qanunda nəzərdə tutulan heç bir təzminatı ödəməyib.

Xarici gəmiçilik şirkəti tərəfindən haqqı tapdanan polkovnik Səlim Müslümova ağız açdı

Bu vaxta qədər mənə ödənməli olan təzminat pulu ilə əlaqədar dövlət başçısına etdiyim mürəciətlər səbəbindən də İlham Abdullayev məni «arzuolunmaz şəxs» elan edərək, bundan sonra hansısa şikayətimi də dinləməkdən imtina edir».

Keçmiş müharibə veteranı, 20 Yanvar zərərçəkəni, keçmiş dənizçi DİA.AZ-a bildirir ki, o, əvvəlki iş yerinə qayıtmaq istəyir: «Dövlət Dəniz Administrasiyasına dəfələrlə etdiyim müraciətlər də qulaqardına vurulub. Belə çıxır ki, hansısa gəmiçilik şirkətinin özbaşınalığına dövlətin qurumları göz yumurlar.

Xarici gəmiçilik şirkəti tərəfindən haqqı tapdanan polkovnik Səlim Müslümova ağız açdı

Mən portalınız vasitəsilə işçi haqqımın bərpasına yardım etmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova da müraciət edirəm. Cənab nazir! Xahiş edirəm, bir azərbaycanlı işçinin hansısa xarici şirkət tərəfindən işçi haqqlarının pozulmasına göz yummayasınız, mənim qanunda nəzərdə tutulan hüquqlarımın bərpasına köməklik edəsiniz».

Şikayətçi onu da bildirib ki, problemi ilə əlaqədar yenidən prezidentə və baş prokurorluğa da müraciət etməyə hazırlaşır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt