Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Səlim Müslümovun işçisinin şübhəli əməlləri

Səlim Müslümovun işçisinin şübhəli əməlləri


15-11-2014, 16:19
Səlim Müslümovun işçisinin şübhəli əməlləri
Təəssüf ki, bir sıra səbəblər üzündən bu gün ölkəmizdə həqiqətən əlil olan bəzi şəxslər əlillik vəsiqəsi ala bilmir. Çünki ayrı-ayrı Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Həmin səbəbdən də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir.

Bu məsələyə yenidən baxılmalı, müvafiq addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlillərin sayı arta bilər. Sadaladığımız bütün problemlərin kökündə bir məsələ dayanır: - bəzi Tibbi Sosial Ekspert Komissiyaları sədrlərinin subyektiv maraqları. Qeyd edək ki, Səlim Müslümovun ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində yer alması, əhalinin sosial müdafiəsi sahəsində artıq çoxdan gözlənilən mütərəqqi islahatların həyata keçrilməsində ilk addım kimi qiymətləndirilir. Lakin müşahidələr göstərir ki, bu sahədə yeni-yeni islahatlar zəruridir. Xüsusilə son vaxtlar paytaxtda fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının nöqsanlı fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyəti olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən xoşagəlməz hallara dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan məlumatlarda da paytaxtın Nizami rayonu ərazisində yerləşən 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyəti barədə bir sıra təəccüblü məqamlar öz əksini tapır. Bildirilir ki, 7 saylı Tibbi Sosial Ekspert Komissiyasında əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, müəmmalı əlillik dərəcələrinin sayı durmadan çoxalır. Qeyd edək ki, son vaxtlar bir çox mətbu orqanların səhifələrində 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Kamil Məmmədovun xoşagəlməz əməllərindən bəhs edən tənqidi materiallar dərc olunmaqdadır. Belə materiallardan əksəriyyətində bildirilir ki, Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar var. Ümumiyyətlə isə Nizami TSEK-in xoşagəlməz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını artırmaqdadır. Dünən bir daha Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyasına baş çəkərək vətəndaşlarla söhbətləşdik. Sakinlərlə söhbət zamanı məlum oldu ki, bu TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Bəzən müxtəlif bəhanələrlə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 7 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda nələrinsə istənildiyi vurğulanır. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500, II qrup üçün 2000, III qrup üçün isə 2500 dəfə "əllərini göyə qaldırmaq" tələb olunur. Həmçinin əlavə edilir ki, "əllərini göyə qaldırmaq" olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Təəssüf ki, bütün bunlara baxmayaraq, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyəti qurumlar tərəfindən Kamil Məmmədovun əməllərinə son qoyulması istiqamətində hər hansı tədbir görülüb. Son zamanlar bu TSEK-də baş verən neqativ hallara görə nədənsə qanunun aliliyi təmin olunmur. Sakinlər bildirirlər ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasında xoşagəlməz əməllər, bəzi vətəndaşların hüquqlarının pozulması, özbaşınalıqlar adi hala çevrilib. Bizə verilən məlumata görə, Nizamidə fiziki qüsurlu şəxslər əlillik dərəcəsi almaqda çətinlik çəkirlər. Həmin şəxslər get-gələ salınır. Sakinlər bildirir ki, əlillik dərəcəsi almaq üçün gərək TSEK sədri Kamil Məmmədovu "görməlisən". Yoxsa süründürməçiliyə məruz qalacaqsan. Bütün bunlar onu göstərir ki, bəzi həqiqi əlillər qalıb kənarda, başqa yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. TSEK sədrinin narazılıq doğuran fəaliyyəti rayon camaatını cana yığıb. Kamil Məmmədov bəzi hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir.

Qeyd edək ki, Kamil Məmmədov Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyasına nəzarət kameraları quraşdırıb. Maraqlıdır, görəsən, TSEK sədrinin bura gələnlərə videogörüntülərlə nəzarət etməkdə məqsədi nədir? Təəssüf ki, TSEK-in giriş qapısının qarşısında nəzarət kamerası quraşdırıldığı halda buranın xarici görünüşü bərbad haldadır. Sual olunur: - görəsən, 150 manat verib ərazidə nəzarət kamerası quraşdıran Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəhbərliyi nə üçün 10 manat verib əhəng almır, giriş qapısını rənglətmir. Axı bura vətəndaşlarla rəsmi şəxslər də gəlir. Olmaya Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə digər qurumların yoxlamalarını belə halda yola salır? Axı giriş qapısındakı belə acınacaqlı vəziyyəti təkcə sakinlər yox, bura üz tutan digər şəxslər də görür.

Burada olarkən Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının yerləşdiyi ərazidəki bahalı avtomobilləri də müşahidə etdik. Bahalı maşınlara baxdıqda məlum oldu ki, TSEK rəhbərliyinin "kefi kökdür". Sakinlər bildirdilər ki, Kamil Məmmədovun qəbul günləri bəzən formal xarakter daşıyır. TSEK sədri nədənsə qəbul günlərində burada olmur.
\\ gundelik-baku.com \\
Geri qayıt