Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Qazaxda məmurla vətəndaş arasında rüşvət qalmaqalı

Qazaxda məmurla vətəndaş arasında rüşvət qalmaqalı


14-11-2014, 11:34
Qazaxda məmurla vətəndaş arasında rüşvət qalmaqalı
Qafqaz Xəbər Agentliyinə müraciət edən Qazax rayonu, Qaymaqlı kənd sakini Abdullayeva Səyalı Abdulla qızı müxbirimizə bildirib ki, rayon icra başçısının I müavini Fərman Nağdəliyev mənə məxsus 8 sot torpaq sahəsini İlqar Vəliyev adlı rayon sakininə satıb. Şikayətçi onu da bildirib ki, mən Fərman Nağdəliyevə 2000 manat rüşvət vermişəm.
Məsələyə aydınlıq gətirmək üçün Qazax Rayon İcra Hakimiyyətinin I müavini Fərman Nağdəliyevlə telefon əlaqəsi saxladıq. O, bildirdi ki: “ Səyalının şikayətlərindən xəbəri var. O, mənə böhtan atır. Səyalı Naxçıvana ərə getmişdi, boşanandan sonra kəndə qayıdıb və xeyli torpaq sahəsini zəbt edib. Hazırda rayon torpaq şöbəsi onun artıq torpaq sahəsini ölçüb geri qaytarmaq istəyir”.
Müxbirimizin “Adi kənd sakininin sizinlə nə qərəzi ola bilər” sualına birinci müavin “Mən nə bilim..” cavabını verdi.

Geri qayıt