Əsas Səhifə > Sosial, Manşet > Baş həkimdən maxinasiya: Xəstələr üçün ayda 150 kq-lıq 4 öküz kəsilib...

Baş həkimdən maxinasiya: Xəstələr üçün ayda 150 kq-lıq 4 öküz kəsilib...


11-11-2014, 09:31
Baş həkimdən maxinasiya: Xəstələr üçün ayda 150 kq-lıq 4 öküz kəsilib...
Infom.az-ın cənub bürsuna daxil olan məlumatda qeyd olunur ki, Lənkəran rayon mərkəzi xəstəxansanın baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində burada müəalicə alan xəstələrə gen-bol yeyib içmək verir.

Təkcə bu il"İmperator-11" mmc dən alınan kələm, turp, vəzəri, pamidor -xiyara və sair 33 min manat pul xərclənib. Qeyd olunan məhsulların çəmi kütləsi bazar qiyməti ilə alınarsa belə bu ən azından 5 kamaz yəni 40-ton dan çox yük edir. Bu kütləni, il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki, xəstələr burdan hətda evlərinə də meyvə-tərəvəz yolayıblar.

Hərçənd heç kəsə sirr deyil ki, əksər dövlət xəstəxansaında müalicə alan insanlara yaxınları daima ev yeməkləri gətirir. Bəs onda belə xərclər kim və nə üçün xərclənir.

Eyni zamanda RMX-sının illik "Aqil-ə" MMC dən 47 min manatlıq aldığı ət məhsulunu da, xəstələrə verməsi ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki, bu pula illik ən azı 7-tona yaxın ət alamaq olar ki, buda orta hesabla bir aya 600 kq yaxın ət edir.

Orta hesablamalardan görünən odur ki, Ağabala müəllim ay ərzində xəstəxana həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə paylayırmış...

Digər ərzaq məhsulları düz, yağ, sarıkök, verməşil filan da, Məhəmməd-əli MMC dən alınıb bu məhsullar da, 41 min manat xərclənib . İllik çörəyin alınmasına isə 16 min manat pul ayrılıb.

Həmin 16 min manata biri 30 qəpikdən, ən azı 50-min ədəd artıq (zavod) çörək almaq olar ki, buda aya 4000-dən çox günə isə 140-a yaxın çörək edir. 140 çörək də ən azı 250 nəfərin günlük normasıdır.

Burada maraqlı rəqəmlərdən biri də, günlük çörək hesabı adam başına düşən yemək payında olan uyğunsuzluqdur. Yəni anlaşılan o ki, xəstəxanada yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib qalanı isə sadəcə quru çörək.

P.S Xəstəxanada baş verənləri nəzərə almasaq insafən qeyd etmək lazımdır ki, Lənkəranın elit dairəsində Ağabala həkimin xüsusi xətir hörməti var.

Geri qayıt