Əsas Səhifə > Sosial, Manşet > Ərdəbilin imam-cüməsindən Azərbaycan dindarlarına daha bir təxribatçı çağırış

Ərdəbilin imam-cüməsindən Azərbaycan dindarlarına daha bir təxribatçı çağırış


4-11-2014, 10:56
Ərdəbilin imam-cüməsindən Azərbaycan dindarlarına daha bir təxribatçı çağırış
DİA.AZ: - İranın antiAzərbaycan ruhlu və əslən türk olan din xadimlərindən biri, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili keçən həftənin cümə günü Azərbaycanla bağlı yenə də qalmaqal yaradacaq açıqlamaları ilə diqqətə gəlib.

DİA.AZ bildirir ki, keçən günlərdə Azərbaycan dindarlarına Aşura ilə bağlı çağırış edən Amilinin açıqlamaları əslində təxribat xarakterlidir və bu da aşkar şəkildə duyulur.

DİA.AZ olaraq Amilinin son çağırışını xəbərə çevirən “SəhərTV”də yer almış xəbəri diqqətinizə təqdim edirik:

“Həzrət Ayətullah Amili cümə namazı xütbələrində Azərbaycanın iri şəhərlərində Hüseyn(ə) əzadarlarının əzəmətli toplantısına hazırlıq işləri görməklə məşğul olan Azərbaycan dindarlarına təşəkkür edərək, deyib: Sizin bu əzəmətli toplantınız vəhhabilər və ermənilər qarşısında iqtidar nişanəsi olacaq və bir daha sübut edəcək ki, Azərbaycanda Hüseyn(ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi sahibi elə İmam Hüseyndir(ə).

Xatırladaq ki, Ərdəbilin imam cüməsi və Vəli Fəqihin Ərdəbil üzrə nümayəndəsi Ayətullah Amili Məhərrəm ayı öncəsi Azərbaycan Respublikası xalqı, xüsusilə də dindar kəsimlərə müraciət edərək, Məhərrəm ayı mərasimlərinin əzəmətli formada keçirilməsini və Aşura günü hər bir şəhərdə bir məkanda iri toplantının təşkil edilməsini tövsiyə etmişdi. Ayətullah Amilinin bu tövsiyəsi Azərbaycan xalqı tərəfindən müsbət qarşılanmış və Hüseyn(ə) əzadarları bu tövsiyənin icrası istiqamətində lazımi işlərin görülməsinə başlamışdılar”.

Geri qayıt