Əsas Səhifə > Sosial, Manşet > Bakı şəhərinin açarları nazirin qardaşına verilə bilər - Hacıbala Abutalıbovu kim əvəzləyəcək?

Bakı şəhərinin açarları nazirin qardaşına verilə bilər - Hacıbala Abutalıbovu kim əvəzləyəcək?


24-10-2014, 11:51
Bakı şəhərinin açarları nazirin qardaşına verilə bilər - Hacıbala Abutalıbovu kim əvəzləyəcək?
DİA.AZ: - Keçən günlərdə yayılan məlumatlarda qeyd olunurdu ki, icra başçılarının növbəti ələmə prosesində ilk hədəflərdən biri Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.

Bu gün isə bu dəyişikliklərlə bağlı DİA.AZ-a yeni informasiya daxil olub. Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, Bakı meri postunda dəyişiklik yeni ilə qədər icra oluna bilər.

Hacıbala Abutalıbovun yerinə kimin təyin olunacağına gəlincə isə bu posta ən şanslı namizədin hazırda Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov olduğu bildirilir.

Dia.az xatırladır ki, Müdafiə Sənayesi Naziri Yavər Camalovun dost-doğma qardaşı olan Mərdan Camalovun adı buna qədər də Bakı ŞİH-ə rəhbərliyə namizəd kimi hallandırılmışdı.

Onu da bildirək ki, bu gün rəsmi «Azərbaycan» qəzetində Bakı meri Hacıbala Abutalıbov sərt formada tənqid olunub. Bunu isə qeyd olunan dəyişikliyə zəmin kimi də dəyərləndirmək olar…

Geri qayıt