Əsas Səhifə > Sosial, Manşet > Saatlının icra başçısı rayon sakinlərini rəsmən üsyana təhrik edir

Saatlının icra başçısı rayon sakinlərini rəsmən üsyana təhrik edir


16-10-2014, 10:11
Saatlının icra başçısı rayon sakinlərini rəsmən üsyana təhrik edir
Saatlının icra başçısı Siraqəddin Cabbarov rayondakı sahibkarlardan növbəti dəfə xərac toplamağa başlayıb. JAM.AZ-a verilən məlumata görə, ötən günlərdə o, rayonun mərkəzində yerləşən bazarın qarşısındakı 20 dükanın sahibinin yanına adamını göndərib.

Xərac toplama prosesinə rayonda Siraqəddin Cabbarovun birinci müavini İlham Quliyev rəhbərlik edir ki, sahibkarlarla da o, görüşə gəlib. JAM.AZ-a danışan kiçik iş adamları bildirirlər ki, İlham Quliyev onlardan 3000 manat pul istəyib. Üstəlik, hər bir dükan sahibindən tələb edib ki, dükanının qarşısını təmir etdirməli və onun üzünü alkaponlamalıdır.

Bunca vəsaitlərinin olmadığını, ayda heç 500 manat qazanmadıqlarını bildirən sahibkarlar bir araya gələrək, Bakıya gəlib Prezident Admnistrasiyasından yardım istəyəcəklərini deyirlər. Onların sözlərinə görə, dövlət büdcəsindən abadlaşma işləri üçün pul ayrılmasına baxmayaraq, icra başçısı Siraqəddin Cabbarovun onlardan haqq istəməsi qanunsuzluqdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt