Əsas Səhifə > Sosial, Manşet > Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub

Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub


10-10-2014, 10:44
Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub
DİA.AZ: - Ucar rayonu Qaracallı kəndi sakini Tağıyeva Gülayət Ədalət qızı üzləşdoyo problemlə bağlı prezident İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdən kömək istəyir. Başına gələnləri müraciətində yazan narazı vətəndaş şikayət ərizəsinin bir nüsxəsini də DİA.AZ-a göndərib. Ərizədə deyilir:

“Bizim ailəyə məxsus pay torpaq sahəmiz yeni çəkiləcək beynəlxalq qaz kəməri dəhlizi altına düşdüyü üçün bizə düşəcək kompensasiyanı aldadıb mənimsəmək istəyirlər. Belə ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998- ci il tarixli qərarına əsasən 7 nəfərdən ibarət ailə üzvülərimizə 1, 34 hektar pay torpaq sahəsi verilmişdir.

Hazırda isə Beynəlxalq Qaz kəməri çəklişinə başlanılmış və bizim pay torpaq sahəmiz həmin kəmərin dəhlizi altına düşdüyü üçün bizə kompensasiya verilməlidir. Ancaq bu işə təyin edilmiş məsul vəzifəli şəxslər mənim savadsızlığımdan və həyat yoldaşımın ölməsindən sui-istifadə edib bizim ailəyə düşəcək kompensasiyanı mənimsəmək istəyirlər. Qonşumuzun 60 sot torpaq sahəsinə görə 19000 ( on doqquz min) manat kompensasiya verildiyi halda, eyni istiqamətdə yerləşən 1, 34 hektar torpaq sahəmizin qaz kəmərinin dəhlizi altına düşməsinə görə isə bizə saxtakarlıqla 9851 ( doqquz min səkkiz yüz əlli bir ) manat kompensasiyanın düşdüyünü bildirirlər.

Buna görə Qaracallı kənd icra nümayındəsi Musa Abdiyev və bu işə Bakıdan ezam edilmiş Faiq adlı məsul vəzifəli şəxs bizi aldadıb saxta sənədə imza etdirmək istəyirlər. Biz bu pulu qəbul etməkdən imtina etdik. Bu qanunsuzluq faktının araşdırılıb qanunu tədbirlər görülməsinə zərurət var. Bu korrupsiya şəbəkəsi yaratmış Musa və Faiq adlı cütlüyü isə öz şəxsi maraqları naminə bizim savadsız ailəmizi aldadmaq istəyirlər. Çörəyimizi əkin -biçinlə çıxardan zəhmətkeş kəndli ailəsiyik.Bizim qazanc yerimiz ancaq torpağımızdır.

Bizim ailəyə düşəcək kompensasiyamızı mənimsəmək istəyən korrusionerlərin əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Rövnəq Abdullayevə və digər aidiyyatı orqan rəhbərlərinə şikayət ərizələri ilə müraciətlər etmişik. İnanırıq ki, bizə kömək edəcəklər. Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Rövnəq Abdullayev Sizdən xahiş edirəm, bizə kömək edin”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub
Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub
Beynəlxalq Qaz kəməri çəklişində kompensasiya korrupsiyası narazılığa səbəb olub
Geri qayıt