Əsas Səhifə > Sosial, Manşet > Soyuqdan donmağa məhkum olan kənd sakinlərini "Azəriqaz" əməkdaşı belə ələ saldı...

Soyuqdan donmağa məhkum olan kənd sakinlərini "Azəriqaz" əməkdaşı belə ələ saldı...


7-10-2014, 12:06
Soyuqdan donmağa məhkum olan kənd sakinlərini "Azəriqaz" əməkdaşı belə ələ saldı...
Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumata görə havaların soyuması ilə bağlı Tovuz rayonunda ciddi qaz problemi yaranıb.
Rayonun Cəlilli kənd sakinləri evlərinə qaz çəkdirmək üçün dəfələrlə rayon qaz idarəsinin müdiri Sahib Ələsgərova müraciət etsələr də xeyri yoxdur. Rəis hər evdən 600 manat pul tələb edir. Keçən həftə bir qrup narazı qadınlar rəisin qəbulunda olublar. Rəis isə qadınları ələ salaraq deyib ki, vaxtında pullu kişilərə ərə getsəydiniz, indi 600 manatınız olardı …Qadınlar isə rəisi söyərək evlərinə dağılışıblar.
Səhəri günü Tovuz RİH-nin başçısı Tofiq Zeynalovun qəbuluna gedən narazı qadınları rayon icra hakimiyyəti binasının pilləkənlərində Cəlilli kənd icra nümayəndəsi Rasim Məmmədov qəzəblə qarşılayaraq onları başçının qəbuluna buraxmayıb. İcra nümayəndəsi qadınlardan birini itələyərək pilləkəndən yıxıb.
Müxbirimiz narazı qadınlardan bir neçəsi ilə telefon əlaqəsi saxlayıb. Onlar deyilənləri təsdiq ediblər.
İcra nümayəndəsi ilə telefon əlaqəsi saxlamağa çalışsaq da mümkün olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt