Əsas Səhifə > Sosial, Manşet > Qızı həbsxanada olan ananın tükürpədən müraciəti – “Qızımı Türkiyəyə satmaq istəyirdilər”

Qızı həbsxanada olan ananın tükürpədən müraciəti – “Qızımı Türkiyəyə satmaq istəyirdilər”


2-10-2014, 14:11
Qızı həbsxanada olan ananın tükürpədən müraciəti – “Qızımı Türkiyəyə satmaq istəyirdilər”
DİA.AZ: - Bakı səhəri Nəsimi rayon sakini Quliyeva Ədalət Cahangir qızı tərəfindən redaksiyamıza şok bir müraciət ünvanlanıb. DİA.AZ olaraq bu müraciəti təqdim edirik:

“Nəsimi rayonunda insan alveri ilə məşğul olan bir qrup formalaşıb ki əvvəl Nərgiz gözəllik salonu indi isə Zara gözəllik salonunda fəaliyyət göstərən Nərgiz adlı bir qadın (soyadını bilmirəm) və onun rəfiqələri (Ğülöyşə, Güləndam, Ruhiyyə və s.) mənim qızım Turanı (Nərgizin oğlu Namiq Əsgərov ilə son 2 ildə valideyn razılığı olmadan nigah qurub) cinsi istismar etmək və Türkiyəyə qaçaq yolu ilə satılmasını təşkil etmək istəyiblər.

Ona görə də Turan evdən qaçaraq bizə sığınmağı üstün tutmuşdur. Bu zaman onu əldən çıxarmamaq üçün 15 nəfərdən ibarət bir dəstə ilə Nərgiz böyük qızımın evinə hücum etmişlər (102 xidmətinə cari il martın 13-də müraciət olmuşdur). daha sonra o yalançı şahidlərlə polisə müraciət etmişdir ki, guya Turan Nərgizin rəfiqələrinə və Nərgizə küllli miqdarda maddi ziyan vuraraq qaçmışdır (heç bir təsdiqlıyici fakt ortaya çıxara bilməmişlər). İstintaq gedişində bu rəqəmlər hətta bir necə dəfə şişirdilmişdir. Təbii ki, bu prosesdə onlar tək deyildirlər onların havadarları var ki, onlar Nəsimi rayonunda sərbəst fəaliyyət göstərirlər, əxlaqsızlıq yuvaları, lisensiyası olmadan qızıl alveri edirlər (bu barədə vergi orqanlarına hec bir məlumat və hesabat verilmir), banklarda saxta şəxsiyyət vəsiqəsi ilə kredit ayrılır (Access Bank, Əmrah Bank bu barədə qaynar xətt vasitəsilə məlumat verilib) və digər bu kimi əməllərlə məşğul olurlar.

Mənin qızım Turanın (Gülöyşə Nəsimi RPİ-də üzləşmə zamanı qızımı həbsxanada öldürüləcəyi ilə hədələmişdi) və digər ailə üzvlərimin həyati təhlükəsi var. Hal-hazırda qızım işinə obyektiv baxılmaması səbəbindən Kürdaxanı təcridxanasında saxlanılır. Qaynanası Nərgiz isə üzərində 2 cinayət işi və residivi olmaqla hazırda azadlıqdadır. Xahiş edirəm bu iş araşdırılsın və qızım Turanın həyati təhlükəsizliyi təmin olunsun”.

Geri qayıt