Əsas Səhifə > Sosial, Manşet > Rövnəq Abdullayev Qərib Məmmədovla toqquşası oldu

Rövnəq Abdullayev Qərib Məmmədovla toqquşası oldu


24-09-2014, 11:25
Rövnəq Abdullayev Qərib Məmmədovla toqquşası oldu
DİA.AZ: - İki məmur arasında nifaq yaranıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə informasiya verib. Xəbərə görə, bu dəfə toqquşan tərəflər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, ARDNŞ şefi onun şirkətinə aid olan torpaq sahəsi ilə bağlı Qərib Məmmədovun qanunsuz qərarlar verdiyini iddia edir. Bunun da nəticəsində ARDNŞ-la torpaq mülkiyyətçiləri arasında minlərlə məhkəmə insidenti yaşanıb. Amma bu da azmış kimi, neft şirkətinə aid olan torpaq sahələrinin müştəriləri arasında nüfuzlu məmruların olması faktı Rövnəq Abdullayevə əlavə çətinliklər də yaradıb ki, bunun da səbəbkarı olaraq Qərib Məmmədovu görür.

Rövnəq Abdullayev Qərib Məmmədovla toqquşası oldu

Bu barədə mötəbər qaynağın dia.az-a söylədikləri: “Qərib Məmmədov ARDNŞ prezidentinin qəzəbinə tuş gəlib. Belə ki, bu yaxınlarda ARDNŞ-ə aid böyük torpaq sahəsinin sənədləşdirilməsinə göstəriş verən Qərib Məmmədov problem yaşayıb. Həmin ərazilər hakimiyyətin nüfuzlu simalarından birinə yaxın şəxslərin xeyrinə sənədləşdirildiyi məlum olub”.

Mənbəmiz bildirir ki, həmin sənədləşdirilmə işi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilib və bu barədə ARDNŞ-in rəyi və mövqeyi nəzərə alınmayıb: “Rövnəq Abdullayev isə yalnız son günlərdə bundan xəbər tutsa da, gec olub. Doğrudur, ARDNŞ prezidenti həmin nüfuzlu məmurdan zəbt olunmuş torpaqları geri tələb etməyib. Amma Qərib Məmmədov bunun əvəzində hədələnib”.

Geri qayıt