Əsas Səhifə > Sosial, Manşet > Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri olsaydı

Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri olsaydı


13-09-2014, 13:40
Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri olsaydı
DİA.AZ: - Bu gün hakimiyyətə qarşı cəbhələşən qüvvələrin arqument yetərsizliyindən əziyyət çəkdikləri bir faktdır. Hər halda, kifayət qədər oyanıq olan Azərbaycan cəmiyyəti üçün ciddi sübutlar kifayət qədər əhəmiyyətlidir. Amma buna rəğmən rəsmi Bakının opponentləri hətta bu halda belə NƏYƏSƏ nail ola bilmirlər.

Nə baş verir: Hakimiyyəti devirmək nədən çətinləşib?

Əslində müxalifət qüvvələri ən çətin dövrlərini ona görə yaşamırlar ki, təzyiq altındadırlar. Ona görə yaşayırlar ki, ortaya ciddi əks-arqument qoya bilmirlər. İlham Əliyev hakimiyyətinin nədən pis olduğunu sübut etməyə çalışarkən belə səsləndirdikləri fikirlər, təqdim etməyə çalışdıqları faktlar daha çox bir siyasi cameəni narahat edən məsələ əhəmiyyətindən uzağa getmir. Yəni Azərbaycan cəmiyyəti üçün hansısa müxalifət təşkilatı üvzünün hansısa siyasi hüququnun tapdanması əhəmiyyət kəsb etmir. Cəmiyyət üçün onu narahat edən problemləri həlli vacibdir və bu, belə də olmalıdır.

Bizi nə narahat edir?

Bizi narahat edən məsələlərdən ən ümdəsi Qarabağ problemidir. Bu problemin həllində Azərbaycan hakimiyyətinin mövqeyi bəllidir. Yəni illərdir ki, danışıqlar gedir, amma buna paralel olaraq rəsmi Bakı Azərbaycan dövlətinin hərbi qüvdəritinin artırılmasında da çox ciddi addımlar atıb. Bunu da kimsə inkar edə bilməz. Əgər bu gün düşmən Ermənistan Azərbaycan dövlətinin həddindən artıq silahlanmasını bəhanə edərək dünya güclərindən kömək diləyirsə, deməli, rəsmi Bakı Qarabağ probleminə münasibətdə yalnış buraxmayıb.

Və burada ən əsas olanı budur ki, Azərbaycan müxalifəti Qarabağ probleminin həlli ilə bağlı ortaya fərqli heç nə qoya bilmir. Əksinə, hakimiyyətə opponentlik edən qüvvələr bəzi hallarda Azərbaycan xalqının maraqları ilə ziddiyyət təşkil edən fikirlərilə də diqqətə gəlirlər. Məsələn, dəfələrlə olub ki, məhz Avropa və ABŞ-a xoş görünə bilmələri üçün hakimiyyətin ayrı-ayrı nümayəndələrinin müharibə çağırışlarını belə qılınclayıblar. Dəyələrlə olub ki, Azərbaycan müxalifətinin tanınmış simaları əslində Qarabağda həqiqi sülhə mane olan Qərbin «xalq diplomatiyası» oyununun xırda fiqurlarına çevriliblər.

Bu gün iqtidarın hansı istiqamətdə addımlar atması da çox önəmlidir. Əgər söhbət hansısa QHT rəhbərinin hədəfə alınmasından gedirsə, bu məsələdə də hakimiyyətin milli mövqedə dayandığı qabarıq şəkildə hiss olunur. Bunu kimsə dana bilməz. Yəni adamlara qarşı vətənə xəyanət ittihamı irəli sürülürsə, bunun şər-şəbədə olmasının yox, buna zəmin yaradan şəraitin müzakirəsi daha önəmlidir.

Artıq Azərbaycan müxalifəti dünənə qədər adının əvvəlində yaşatdığı «milli» sözündən tam olaraq imtina etmiş vəziyyətdədir. Amma hakimiyyət cinahı adının qarşısına şövqlə «milli» tanıtımını əlavə etmək üzərədir.

Bax, İlham Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunan ən böyük dəyişiklik BUDUR!

İlham Əliyev hakimiyyətinin «vurduğu» cinahları əslində dünənə qədər bütün milli qüvvələr hədəflərində saxlayıb. Kim iddia edə bilər ki, ermənilərlə istənilən bir ortaqlığı bölüşənlər cəmiyyət tərəfindən dəstəklənib? Kim iddia edə bilər ki, xarici donorların maliyyələşdirdiyi layihələrinin əksəriyyətində Azərbaycanda süni olaraq etnik problemin mövcudluğunu qabardaraq pul qazanmağa çalışanlar cəmiyyətin dəstəyini qazanıb? Məgər biz bilmirdikmi ki, filankəslər məhz donor təşkilatları maraqlandırdığına görə, hətta İsmayıllıdakı hapıtlıları belə bir etnik zümrə kimi Amerikanın və ayrı-ayrı kənar güclərin, beynəlxalq təşkilatların hesabatlarına saldırıblar? Bunları bilmirdikmi?

Bilirdik və qınayırdıq. O zaman bununla bağlı ölçünün götürülməsinin nəyi pisdir?

Gələk ən önəmli məqamlardan birinə…

Söhbət İlham Əliyevdən və onun komandasından gedir. Dəfələrlə müxalifətin ən tanınmış simalarının belə qapalı məclislərdə dillərindən bu ifadəni eşitmişik: Əgər Əbülfəz Elçibəyin Ramil Usubov, Kəmaləddin Heydərov kimi nazirləri, Ramiz Mehdiyev kimi aparat rəhbəri, dövlət adamı olsaydı, AXC iqtidarı heç bir vaxt dervilməzdi… Bu ifadələr müxalifət cinahının əksər tanınmışları üçün çox tanışdır.

Yəni əgər bu gün hakimiyyətə opponentlik edən qüvvələr İlham Əliyevin məhz adları çəkilən kadrlarının həsədini aparırlarsa, nədən bu hakimiyyət əslində təkcə siyasi iqtidarın yx, həm də artıq dövlətin sütunlarına çevrilmiş məlum simalardan imtina etməlidir?

Siyasət də futbol kimi bir komanda oyunudur. Siyasət heç bir vaxt güləş kimi fərdi mübarizə meydanı olmayıb. Siyasət güləş deyil. Burada komandaya ehtiyac var və bu bir faktdır ki, hazırki iqtidar düşərgəsində bir komanda oyunu var. Bu «komandanın Messisi» heç bir zaman hansısa totalizator maraqları naminə saxtakarlığa imza atmadığından, illərdir ki, rəqib qapısından cavabsız qollar buraxır.

Belə də davam edəcək. Görünəni budur…

DİA.AZ analitik araşdırma qrupu

Geri qayıt