Əsas Səhifə > Sosial, Manşet > İlham Əliyevin Soçi görüşünə qədər 4 rayonumuz işğaldan azad olunmalıdır

İlham Əliyevin Soçi görüşünə qədər 4 rayonumuz işğaldan azad olunmalıdır


4-08-2014, 12:14
İlham Əliyevin Soçi görüşünə qədər 4 rayonumuz işğaldan azad olunmalıdır
DİA.AZ: - «İlham Əliyev Soçiyə əliboş getməyəcək». Bu şok məlumatı DİA.AZ-a verən hökumət içindəki mənbə iddia edir ki, əslində Soçidə 20 illik müddəti başa çatmış atəşkəs sazişinin yenidən uzadılması gözlənilir və bu görüşə qədər Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı durumu xeyli dəyişdirməlidir.

Xatırladaq ki, artıq iki rayonumuzun mərkəzinin işğaldan azad edilməsi haqda informasiyalar yayılıb. Təsdiqlənməmiş xəbərlərə görə, Azərbaycan tərəfi də hərbi əməliyatlar zamanı ciddi itki verib. Təxminən 100-ə yaxın şəhidimizin olduğu deyilir. Düşmən tərəfinin itkilərinin sayının isə 200-ün üzərində olduğu deyilir.

Qeyd edək ki, hələ də rəsmi qaynaqların bu barədə susması müəyyən şübhələrə yol açır. Dia.az-a daxil olan məlumatlara görə, rəsmi qaynaqların susması daha çox azad edilən ərazilərin Azərbaycan tərəfindən qorunub-saxlanmasının problemli olması səbəbilə əlaqələndirilir.

DİA.AZ-a danışan mənbə bildirir ki, Soçi görüşünə qədər Azərbaycan ordusu qarşısında əsas döyüş tapşırığı qoyulub və bu tapşırığa görə 4 rayonumuz azad edilməlidir və bundan sonra atəşkəsin ömrünün uzadılması ilə bağlı danışıqlara rəsmi Bakı müsbət yanaşa bilər.

Geri qayıt