Əsas Səhifə > Sosial, Manşet > Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur

Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur


29-07-2014, 11:31
Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur
DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə Bakıdakı məşhur restoran şəbəkəsinə qarşı kampaniya başladıldı. Xəbərdə deyilirdi ki, Türkiyənin məşhur kafe brendlərindən olan MADO şəbəkəsinin bütün kafeləri Bakıda baykot edilib.

Boykotun səbəbi adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan keçidi zəbt edərək yolu bağlamasıdır. Hətta boykotçular tərəfindən bunun üçün «facebook» sosial şəbəkəsində “event” də yaradıldı.

Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur

Təbii ki, burada diqqət çəkən başqa bir məqam idi. DİA.AZ xatırladır ki, bu gün Azərbaycanda «MADO» brendi adı son aylarda nurçularla qoşa çəkilən deputat Ceyhun Osmanlıya məxsusdur. Yəni restoranlar onundur və uzun illər hakimiyyətdəki mövqeyindən istifadə edərək belə bir gəlirli sahəni nəzarəti altına almağa müvəffəq olub.

Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur

Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Ceyhun Osmanlı «MADO» şəbəkəsində tək deyil və onun ortağı da var: «Deputat bu biznesində gənclər və idman naziri Azad Rəhimovla ortaqdır».

Mənbəyə görə, elə bu ortaqlıq səbəbindən Ceyhun Osmanlının «MADO» şəbəkəsi toxunulmazlığını qoruya bilib. Amma bu da əbədi deyil.

Azad Rəhimov Ceyhun Osmanlı ilə dondurma biznesindəki ortaqlığına son qoyur

Qaynağın dia.az-a bildirdiyinə görə, artıq adının nurçularla qoşa çəkilməsindən ciddi şəkildə ehtiyatlanan nazir Azad Rəhimov «MADO»-dan imtina qərarını verib. Xəbəri verən qaynaq iddia edir ki, onsuz bda Azad Rəhimovun adı «fətullahçı nazir» kimi «qara siyahı»ya düşüb: «Ona əlavə başağrısı lazım deyil. O, rəqiblərinin əlavə «dəlilindən» yaxa qurtarması üçün «MADO»dan imtina qərarını verib».

Geri qayıt