Əsas Səhifə > Sosial, Manşet > Kərəm Həsənovun yerinə peşəkar iqtisadçı gətirilir

Kərəm Həsənovun yerinə peşəkar iqtisadçı gətirilir


25-07-2014, 10:32
Kərəm Həsənovun yerinə peşəkar iqtisadçı gətirilir
DİA.AZ: - Azərbaycanda daha bir rəhbər şəxs istefaya göndərilə bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynağın iddialarına görə, hazırda mövqeləri oynaq olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yerinə kadr hazırlanır.

Mənbənin dia.az-a söylədikləri: «Kərəm Həsənovun sentyabr-oktyabr aylarında istefaya göndərilməsi gözlənilir. Əslində bu qərar hər an verilə bilər. Sadəcə olaraq qeyd olunan vaxta qədər həm komitə sədrinin özünün və həm də ona yaxın olan şəxslərin əllərindəki rıçaqlar nəzarətə götürüləcək».

Mənbə iddia edir ki, artıq Kərəm Həsənovun yerinə təyin olunacaq kadrın kimliyi də məlumdur: «Bu şəxs hazırda maliyyə nazirinin müavini postunu tutan Azər Bayramovdur. Artıq onun namizədliyinə «yuxarılar» da müsbət rəy veriblər».

Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır.
1992 - 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma",
1997 - 1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur.
2000 - 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.

Ailəlidir, iki övladı var.

Geri qayıt