Əsas Səhifə > Sosial, Manşet > Güneyli deputat kürd liderin cavabını verdi: İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!

Güneyli deputat kürd liderin cavabını verdi: İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!


18-07-2014, 11:44
Güneyli deputat kürd liderin cavabını verdi: İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!
DİA.AZ: - Urmiyanın İran parlamentindəki millət vəkili İraq Kürdüstanın lideri Məsud Bərzaninin – İraqın parçalanması və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edəcək yeni ölkənin yaradılmasına – dair xəyallarına sərt cavab verib. Bu barədə DİA.AZ "qafqaz.ir" portalına istinadən xəbər yayıb.
Qərbi Azərbaycan Nümayəndələri Birliyinin üzvü, millət vəkili Nadir Qazipur reportyorlar klubunun parlament müxbiri ilə danışıqda deyib ki, “Cənab Məsud Bərzaniyə elan edirəm: İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!”
O, əlavə edib ki, “İran Azərbaycanında müxtəlif azlıqlar səmimi bir şəkildə yaşayır. Amma Azərbaycan torpaqlarının bir hissəsi Bərzaninin xəyallarında yer tutarsa, bu qəbuledilməz və imkansızdır”.
N.Qazipur sonda vurğulayıb: “Bərzani belə xəyalların gərçəkləşməsi arzusunu özü ilə qəbirə aparacaq”.

Geri qayıt