Əsas Səhifə > Sosial, Manşet > İsmət Abbasovun da zavodunda böhranlı durum yaranıb – İşçilər maaşlarını ala bilmir

İsmət Abbasovun da zavodunda böhranlı durum yaranıb – İşçilər maaşlarını ala bilmir


16-07-2014, 11:10
İsmət Abbasovun da zavodunda böhranlı durum yaranıb – İşçilər maaşlarını ala bilmir
DİA.AZ: - Azərbaycancanda özəl sektorda işçilərin əmək hüquqqlarının pozulması adi hala çevrilib. İşçilərlə əmək müqavilələrinin bağlanmaması, iş saatından artıq əməyə cəlb edilmələr barədə mətbuatda çox yazılsa da uğurlu nəticə olmayıb.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə müəssisələrdən biri də Göygöl rayonunda yerləşən Göygöl Şərab Zavodudur. Zavodda çalışan bir qrup işçi redaksiyamıza müraciət edərək, rəhbərliyin qanunsuzluğundan gileyləniblər.

Şikayətçilər dia.az-a bildirib ki, zavodun icraçı direktoru Ceyhun İsmayılov fəhlələrin hüquqlarını pozmaqla məşğuldur. Ceyhun İsmayılov baş şərabçı Rasim Ömərovun işçilərin ünvanına söylədiyi nalayiq söyüşlərə göz yumur. Narazılıq edənlərə isə “qapı açıqdır, gedə bilərsən” mesajını verir. İndiyədək şərabçılıq sahəsində uzun illər təcrübəyə malik olan çoxsaylı texnoloqlar bu zavodu tərk edib.

İsmət Abbasovun da zavodunda böhranlı durum yaranıb – İşçilər maaşlarını ala bilmir

Son zamanlar əmək haqlarının verilməsində də ciddi problemlər yaranıb. Şikayətçilərin sözlərinə görə, Ceyhun İsmayılovun səhlənkarlığı ucbatından zavodun məhsulu keyfiyyətsizdir: “Artıq məhsulumuzun satışında azalma özünü göstərir. Bu insanları buraya təyin edib, göndərənləri xəbərdar etmək istəyirik ki, illərdən bəri şərabçılıq texnologiyasında və istehsalında öz yeri olan Göygöl Şərab Zavodu əvvəlki imicini itirməkdədir”.

Qeyd edək ki, Göygöl Şərab Zavodunun əsas səhmdarı «Vinaqro» Məhdud Məsuliyyətli Cəmiyyətidir.

DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, bu zavodda əsas pay sahiblərindən biri də keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovdur. Hələlik İsmət Abbasovun zavoddakı şərikliyi barədə dəqiq bilgilər almasaq da, bu yöndə araşdırmalarımız davam edir.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt