Əsas Səhifə > Sosial, Manşet > Mədət Quliyevin 12 saylı kolondakı özbaşınalıqlardan xəbəri varmı?

Mədət Quliyevin 12 saylı kolondakı özbaşınalıqlardan xəbəri varmı?


12-07-2014, 12:55
Mədət Quliyevin 12 saylı kolondakı özbaşınalıqlardan xəbəri varmı?
DİA.AZ: - 12 saylı koloniyanın dustağı Ceyhun Hüseynov işğəncələr nəticəsində ölüm ayağındadır. Bu, koloniya administrasiyasından prezident İlham Əliyevə şikayət etdikdən sonra baş verib. DİA.AZ bildirir ki, bu barədə dustağın həyat yoldaşı xəbər verib. Məlumata görə, C.Hüseynov məhbusların İ.Əliyevə müraciətini imzalayanlardan biridir. Müraciətdə dövlət başçısından koloniyaya gələrək administrasiyanın özbaşınalığı ilə bağlı tədbir görməsi xahiş olunur.

Müraciətdə deyilr ki, koloniyanın rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov və Babək İsgəndərov penitensiar müəssisəni bazara çeviriblər. Burada korrupsiya, rüşvətxorluq, özbaşınalıq hökm sürür, narkoticarət, işğəncələr baş alıp gedir.

“Koloniyada imkanlı dustaqlar üçün əlverişl şərait yaradılır, kasıblar sə alçaldılır”, -müraciətdə bildirilib.

Müraciət dərc edildikdən sonra koloniya rəhbərliyi müəlliflərə təzyiq göstərərək onları öz imzalarından imtina etməyə məcbur ediblər.

Bundan sonra C.Hüseynovu möhkəm döyüblər, bir neçə gündən sonra karserə salıblar. Vəziyyəti ağırdır.

Koloniyalardakı özbaşınalığı və korrupsiyanı araşdırmaq əvəzinə Penitensiar Xidmət şikayətçiləri susmağa məcbur edir, dezinformasiya ilə məşğul olur.

Geri qayıt