Əsas Səhifə > Sosial, Manşet > Elşad Abdullayev Bakıya hansı məmura və nə məqsədlə gizli «sovqat» yollayıb?

Elşad Abdullayev Bakıya hansı məmura və nə məqsədlə gizli «sovqat» yollayıb?


30-06-2014, 11:14
Elşad Abdullayev Bakıya hansı məmura və nə məqsədlə gizli «sovqat» yollayıb?
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

Xatırladaq ki, bu günlərdə sabiq ABU rektorunun İnterpolda qırmızı bülletenlə axtarışa verildiyi haqda iddialar səslənsə də, sonradan bu məlumatla bağlı müəmmalı bir şərait yarandı. Ardından da belə bir xəbər yayıldı ki, Elşad Abdullayev Moskvadakı daşınmaz əmlakını da satışa çıxarıb.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, keçmiş rektor bu günlərdə Bakıya müəmmalı bir «sovqat» yollayıb. Mənbənin söylədikləri: «Həmin «sovqat» yüksəkranqlı məmurlardan birinə çatdırılıb. «Sovqat»ın nədən ibarət olduğu dəqiq bilinməsə də, ehtimallar var. Ehtimal olunur ki, zaman-zaman ayrı-ayrı vəzifəli şəxsləri özünün gizli videoçəkilişləri ilə şantaj edən Elşad Abdullayev bu dəfə də eyni üsulla kimlərisə susdurmağı planlaşdırıb».

Onu da bildirək ki, keçmiş rektorun bu dəfə kimi hədəfə alması istiqamətində araşdırmalar aparırıq. Mənbəmiz iddia edir ki, növbəti şantaj cəhdi baş tutmasa, deməli, Elşad Abdullayev yeni səs-küylü videoçəkiliş yayacaq: «Bu, onun üsuludur»…

Geri qayıt