Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət daha bir məmur qardaşlar cütlüyünə “əlvida” deyir – Zaqatalanın icra başçısı qardaşını hədəfə gətirib

Hakimiyyət daha bir məmur qardaşlar cütlüyünə “əlvida” deyir – Zaqatalanın icra başçısı qardaşını hədəfə gətirib


24-06-2014, 11:24
Hakimiyyət daha bir məmur qardaşlar cütlüyünə “əlvida” deyir – Zaqatalanın icra başçısı qardaşını hədəfə gətirib
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Zaqatala rayon icra hakimiyyətinin başçısı, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin doğmaca qardaşı olan Mübariz Əhmədzadə ağır günlərini yaşayır. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr informasiya verib.

Daxil olan xəbərdə deyilirdi ki, Mübariz Əhmədzadənin rəhbərlik etdiyi rayonun 2012 və 2013-cü illərlə bağlı verdikləri maliyyə hesabatları hazırda maliyyə nazirliyinin və Hesablama Palatasının ekspertləri tərəfindən təftiş olunur.

Mənbənin söylədikləri: «Eyni zamanda bu rayona dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi məsələsində də cilddi nöqsanlar aşkarlanıb ki, bütün bu faktlar birbaşa olaraq icra başçısını hədəfə gətirir».

Dia.az-a daxil olan məlumata görə, «Aqrolizinq» xətti ilə Zaqatala rayonuna ayrılan 2 milyon manata yaxın büdcə pulu da icra başçısının iştirakı ilə mənimsənilib ki, artıq bu faktın təlaşının Mübariz Əhmədzadəni sardığı da söylənilir: «İcra başçısı qardaşının əli ilə vəziyyətdən çıxmağa çalışır. Amma unudur ki, İsmayıllının keçmiş icra başçısına nazir vəzifəsini tutan qardaşı kömək edə bilmədi, əksinə, onun səbəbindən qardaşı nazir postundan alındı. İndi də eyni qaydada Əhmədzadələr hədəfə çevrilə bilərlər».

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan belə aydın olur ki, Mübariz Əhmədzadə büdcə vəsaitlərinin qeyri-düzgün xərclənməsi, mənimsənilməsi ittihamları ilə hədəfə çevrilə bilər ki, bu təhlükə səbəbindən artıq Bakıdakı adamları, yaxınları icra başçısının qurtuluşu naminə hərəkətə keçiblər.

Məlumatlı mənbənin redaksiyamıza söylədikləri: «Mübariz Əhmədzadə dünənə qədər kifayət qədər arxayın məmurlardan hesab olunurdu və qardaşının nüfuz çətiri altında istədiyini həyata keçirdiyindən bu gün də məhz qardaşının mövqelərinin zəiflədiyi bir şəraitdə rəsmən hədəfə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, Əhməd Əhmədzadə belə bu gün icra başçısının qanunsuz əməlləri ilə bağlı sorğu-sual olunur. Yəni ondan da hesabat istənilir».

Mənbə iddia edir ki, yaxın ərəfədə Mübariz Əhmədzadə yola salınacaq: «Təbii ki, çıxdaş qərarı təkcə icra başçısına şamil olunmayacaq. Eyni zamanda onun hədəfə gətirdiyi Əhməd Əhmədzadə ilə bağlı da qərarın verilməsi gündəmdədir».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…



Geri qayıt