Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov rəqiblərini vura bilməsi üçün populyar metoda müraciət edir

Mikayıl Cabbarov rəqiblərini vura bilməsi üçün populyar metoda müraciət edir


4-06-2014, 10:36
Mikayıl Cabbarov rəqiblərini vura bilməsi üçün populyar metoda müraciət edir
DİA.AZ: - «Hesablama Palatası artıq bir sıra dövlət qurumlarının qorxulu röyasına çevrilib. Konkret olaraq bu gün ayrı-ayrı təhsil müəssisələri «HP kabusu»nun təlaşını keçirirlər». Bu açıqlamanı DİA.AZ-a təhsil nazirliyindəki etibarlı mənbə verib.

Xəbəri verən qaynaq iddia edir ki, nazir postuna təyin ediləndən bəri Misir Mərdanova yaxın dairələri bir-birinin ardından hədəfinə çevirən Mikayıl Cabbarov indi də Hesablama Palatasının əli ilə dövlət ali təhsil ocaqlarına müdaxilə etməyi planlaşdırır.

Mənbənin dia.az-a söylədikləri: «Xatırlayırsınızsa, iki il əvvəl Hesablama Palatası Dillər Universitetində ciddi yeyinti faktları aşkarlamışdı. Doğrudur, sonradan universitetin rektoru Səməd Seyidov vəziyyətdən çıxarıldı. Elə bir situasiya yaradıldı ki, sanki rektorun özünün müraciəti əsasında araşdırma aparılıb. Halbuki aşkarlanan faktlar birbaşa rektora qarşı idi.

Yəni artıq HP-nin belə bir ənənəsi var. Və bu dəfə təhsil nazirliyi HP-nin «xidmətlərindən» rektorlarının yeni nazirlə münasibətləri qaydasında olmayan ali təhsil ocaqlarına qarşı istifadə etməyi düşünür».

Mənbəmizə görə, yaxın günlərdə Bakı Dövlət Universitetində və daha iki ali təhsil ocağında HP-nin təftişlərinə start veriləcək.


Geri qayıt