Əsas Səhifə > Sosial, Manşet > Ağcabədinin icra başçısı əməlli-başlı imperiya qurubmuş

Ağcabədinin icra başçısı əməlli-başlı imperiya qurubmuş


20-05-2014, 12:33
Ağcabədinin icra başçısı əməlli-başlı imperiya qurubmuş
“Bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq”. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə aiddir. Prezident məmurlara dəfələrlə barmaq silkələsə və korrupsiyaya bulaşmış məmurları cəzalandırsa da, hələ də bundan dərs almayanlar çoxdur. Xüsusilə, əyalət məmurları hələ də özlərini toxunulmaz hesab edirlər.

Azerinfo.org-a daxil olan məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmaq istəməyən, rayonu MMC kimi görən məmurların önündə gəlir. Rayonda maşınını keçəni belə döydürən, sahibkarlara nə göz, nə də işıq verən Şahin Məmmədov bu illər ərzində Ağcabədini deyil, öz sərvətini on qat inkişaf etdirmişdir.

Ağcabədidən verilən məlumata görə icra başçısı Şahin Məmədov rayona ayrılan vəsaitləri və büdcə təşkilatlarından yığdığı milyonlar sayəsində özünə külli miqdarda var dövlət, biznes imperiyası yaradıb. İnformasiya mənbəmiz bildirir ki, icra başçısının təkcə Ağcabədi rayonu ərazisində 5 milyon manatlıq obyekti, təsərrüftaı, mağazaları, malikanəsi mövcuddur.

Məlumatlı mənbəmiz iddia edir ki, Şahin Məmmədov Ağcabədi xəstəxanası ətrafında, həmçinin rayon Müəllimlər İnstitunun rayon filialının qarşısındakı küçədəki böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, çayxana, Ənnağı Bünyatov küçəsində böyük mebel mağazası, maşın yuma sexi, avtomobil təmir bazası,rayon Subartezan Quyularının İstismar İdarəsinin həyətindəki lepka sexi, Alman qəsəbəsi deyilən ərazinin yerində beton zavodu, aqlay sexi, Qarqar çayının yatağında daş, qum, çınqıl karxanası, doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisndə bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon mantalarla ölçülən villalar, Nizami rayonu ərazisində 2 mağaza, Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzil, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarında özünə, həmçinin qardaşlarına məxsus imarətlər, vasmoy kilometr deyilən ərazidə 2 aftomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzil Şahin Məmmədova məxsusdur.

Bütün bu obyektlər, evlər, mülklər milyonlarla dollarlıq sərvəti ilə dünyanın vergi rekordmenlərinə meydan oxuyan Şahin Məmmədovun sərvətinin kiçik bir hissəsidir. Çünki icra başçısının son 9 ildə Ağcabədi rayonundan 20 milyon manatdan çox qazanc əldə etdiyi bildirilir. Məlumat mənbəmiz qeyd edir ki, icra başçısı Qarqar çayından Ağcabədi şəhərinə gələn 18 km-lik çuqun boru xətlərini sökdürüb satması nəticəsində 3 milyon manata yaxın qazanc əldə edib. Həmin qazancın bir hissəsinə isə xarici ölkələrin birində özünə dəbdəbəli imarət tikdirib.

Şahin Məmmədovun Almaniyanın Münhen və Köln şəhərlərində, İstanbulun ən bahalı əraziləri olan Beşiktaş və Başakşəhərdə bina evi və villasının da olduğuna dair məlumatlar var.

Geri qayıt