Əsas Səhifə > Sosial, Manşet > Səlim Müslümovun adamları karxana sahiblərinin çilədən çıxarıb

Səlim Müslümovun adamları karxana sahiblərinin çilədən çıxarıb


30-04-2014, 10:17
Səlim Müslümovun adamları karxana sahiblərinin çilədən çıxarıb
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı şok ittiham səslənib. Belə ki, bu gün Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti göstərən bir qrup iş adamı Səlim Müslümovun nazir postuna təyin olunmasından sonra onların günlərinin gö əskiyə büküldüyünü iddia edərək, DİA.AZ-a müraciət ediblər.

Redaksiyamıza müraciət edən sahibkarlar anonimliklərinin qorunmasını xahiş ediblər. Sahibkarlar dia.az-a deyir: «Biz iddia etmirik ki, Fizuli Ələkbərovun vaxtında günümüz rahat keçirdi. Əsla. Amma Səlim Müslümov gələndən sonra onun adamları bizimlə «bazarkom» kimi davranmağa başlayıblar. Hər addımda müxtəlif bəhanə ilə pul yığırlar».

Sahibkarlar bildirir ki, onlar daş karxanalarını icarə ilə işlədirlər: «Burada icarəyə ərazi götürüb işlətmək çox çətindir. Səlim Müslümovun adamları qarışqa kimi darışıblar karxanaların canına. Elə bir şərait yaradırlar ki, artıq kiməsə işləmək sərf etmir.

Səlim Müslümovun adamları karxana sahiblərinin çilədən çıxarıb

Hər şeyi bəhanə edirlər. Əmək müqaviləsi, təhlükəsizlik qaydaları… əslində bütün bunlar Səlim Müslümovun adamları üçün pulyığma bəhanəsidir».

Sahibkarların sözlərinə görə, hətta bütün sənədləri qaydasında olanlara belə nazirin adından təzyiqlər edilir: «Deyirlər ki, Səlim Müslümov yerində təzədir və hansısa sahibkarın sözü ilə onu yerindən tərpədən olmayacaq. Seyid cəddinə arxayın olan kimi, onlar da nazirin yeni olmasına güvənirlər. Biz isə prezidentimizə sığınırıq və ondan kömək istəyirik».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt