Əsas Səhifə > Sosial, Manşet > Ağcabədinin icra başçısı iki kəndin sakinlərini niyə qəzəbləndirdi?

Ağcabədinin icra başçısı iki kəndin sakinlərini niyə qəzəbləndirdi?


24-04-2014, 13:23
Ağcabədinin icra başçısı iki kəndin sakinlərini niyə qəzəbləndirdi?
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Ağcabədi rayonundan olan iş adamları icra başçısı Şahin Məmmədovun əməllərindən dolayı prezidentə şikayət məktubu ünvanlayıblar və onun işdən alınmasını xahiş edirlər.

Bildirək ki, dünən yaydığımız bu məlumata icra başçısının öyrədilmiş adamları da reaksiya verdilər. Və özünü rayonun Ağabəyli kəndindən olan bir sahibkar kimi təqdim edən şəxs yazımıza qeyri-etik tərzdə münasibətini də açıqladı ki, bunu da DİA.AZ olaraq Şahin Məmmədovun mətbuata olan münasibəti kimi qəbul etdik.

Bu gün isə redaksiyamıza rayonun Qaradolaq və Avşar kəndindən olan sahibkarların nümayəndəsi telefon açıb və yazdıqlarımızın həqiqət olduğunu bildirməklə yanaşı, DİA.AZ-a açıqlamasında qeyd edib ki, artıq adları çəkilən kəndlərdən olan 100-ə yaxın sahibkar prezident İlham Əliyevə müraciət ediblər:

«Hazırda Qaradolaq Və Avşar kəndindən 100-dən artıq sahibkar cənab prezidentə müraciət ediblər. Şahin Məmmədovun bu sahibkarların əlində rəsmən müqavilə ilə olan torpaq sahələrini alaraq, qanunsuz şəkildə həmin əraziləri «Dəvəçi Broyler» MMC-yə qanunsuz olaraq satıb.

Halbuki ölkəmizin hörmətli prezidenti İlham Əliyev cənabları da dəfələrlə öz çıxışlarında deyib ki, yararsız torpaqları buk imi hallarda ayrı-ayrı şirkətlərə vermək lazımdır ki, münbitləşdirilsin. Şahin Məmmədov isə bizim 100 illik ata-baba torpaqlarımızı əlimizdən alır. 30 minə yaxın qoyunun, 15-20 minə yaxın iribuynuzlu mal-qaranın saxlandığı torpaq sahələri bu gün qanunsuz olaraq icra başçısı tərəfindən «Dəvəçi Bryoler»ə verilib.

Biz də prezidentə müraciət etmişik ki, bu işə müdaxilə etsin. Ondan kömək istəyirik. Əgər iş Şahin Məmmədova qalarsa, bu adam Ağcabədidə kəndlinin belini qırır, kənd təsərrüfatını məhv edir.

Şahin Məmmədovun Ağcabədiyə etdiyi zülmü Allah götürməz».

Daha sonra dia.az-a danışan sahibkarların nümayəndəsi bildirdi ki, onlar prezidentdən problemlərinin həllinə operativ müdaxilə edilməsi ilə bağlı da xahiş ediblər. Çünki artıq Şahin Məmmədov etimadı itirib və o, hətta dövlət büdcəsindən ayrılan vəsaitləri də təyinatı üzrə xərcləmədən mənimsəyir: «Rayonun abadlığına büdcədən ayrılan pulları mənimsəyir, işi də sahibkarlara gördürür. Bunu maliyyə nazirliyi araşdırtdırıb, onu da «razı halda» yola salıblar. Şahin Məmməldov deyir ki, kiminsə mənə gücü çatmaz. Şahin Məmmədov rayonda özünü padşah kimi, müavinləri isə özlərini əyan-əşrəf kimi aparırlar».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt