Əsas Səhifə > Sosial, Manşet > Şamaxının mini-oluqarxı ilə bağlı ilginc faktlar – Haqqı tapdanan vətəndaşın şikayətləri niyə qulaqardına vurulur?

Şamaxının mini-oluqarxı ilə bağlı ilginc faktlar – Haqqı tapdanan vətəndaşın şikayətləri niyə qulaqardına vurulur?


18-04-2014, 11:09
Şamaxının mini-oluqarxı ilə bağlı ilginc faktlar – Haqqı tapdanan vətəndaşın şikayətləri niyə qulaqardına vurulur?
DİA.AZ: - Redaksiyamıza Şamaxı sakini Müşfiq Mənəfov rayonun olqarx-məmuru Kərbəlayi Tağı Həsənovdan giley-güzarla dolu şikayət məktubu ünvanlayıb. DİA.AZ olaraq narazı vətəndaşın yazdıqlarını olduğu kimi diqqətinizə təqdim edirik:

“Mənim 45 yaşım var. Ali təhsilli iqtisadçıyam. Şamaxı Poçt Filialında maliyyə xidmətləri üzrə mühəndis işləmişəm, 62 yaşlı oliqarx məmur Tağı Həsənov Filiala rəis təyin olunana kimi. Cəmi 1 ay işlədikdən sonra o məni saxta ittihamlarla işdən kənarlaşdırdı. Bir ailəni 180 manat çörək pulundan məhrum etdi. Kərbəlayi kimi insafı buna necə yol verdi, bunu Allah bilər, o bilər. İşdən azad olunmağım qanunidir, ya qanunsuz buna da məhkəmələr qərar verəcək. Hərgah Şamaxı rayon məhkəməsinin hakimi Təranə xanım Hüseynova onun məharəti qarşısında aciz qaldı ki, ilk instansiya məhkəməsi olaraq qanunun aliliyini gözardı etdi. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyəm.

Tağı Həsənovun bir məmur kimi özbaşnalığından, harınlığından, xalqa və Prezidentimizə qarşı hörmətsizlik göstərməsindən bəhs etmək istəyirəm. Belə ki,5 fevral 2013-cü il tarixdə mənim iştirkımla müraciətimin araşdırılması məqsədilə Şamaxı Poçt Filialına gələn Dövlət Əmək Müfəttişliyinin əməkdaşlarının mənə ünvanladıqları məktubda deyilir: “Dəvətimizlə Şamaxı regional poçt filialına gəlmiyinizə baxmayaraq araşdırmada iştirakınız mümkün olmadı. Belə ki, Şamaxı regional poçt filialının rəisi Tağı Həsənov sizin binaya buraxılmağınızı qadağan etdiyini bildirdi və növbətçi polisə Sizin binadan çıxarılmağınızı tapşırdı.”

Bəli, Tağı Həsənov milyonlarından və havadarlarından ruhlanaraq vətəndaşı dövlətin idarəsinə buraxmadı. Görəsən bu ölkədə elə bir şəxs tapılarmı ki, Tağı Həsənovun bu hərəkətinə obyektiv qiymət verə bilsin? Poçt Filialına xidməti vəzifəsini yerinə yetirmək üçün gələn Dövlət Əmək Müfəttişliyinin əməkdaşlarının tələblərinə ağayana cavab verən Tağı Həsənov bu cür davranışı kimdən öyrənib? Axı möhtərəm Prezidentimiz məmurlar qarşısında başqa cür tələblər qoymuşdur. Xalqa, dövlətə xidmət beləmi olmalıdır? Mən Tağı Həsənovun əməlləri barədə Prezident Administrasiyasına, Rabitə və Sosial Müdafiə Nazirlərinə, AHİK sədrinə, YAP icra katibinə, Ombudsmana və bir çox rəsmi dövlət qəzetlərinə 100-ə yaxın müraciət ünvanlamışam. Prezidentin köməkçisi Əli Əsədovun, Baş Prokurorun, Ədliyyə və Rabitə Nazirlərinin qəbulunda olmuşam. Heç bir reaksiya yoxdur. Sizdən yeganə xahişim budur ki, mənim haqq səsimi cənab Prezidentimizə çatdırasınız. Əminəm ki, cənab Prezident bu özbaşına, harın məmura və onun havadarlarına layiq olduqları cəzanın verilməsinə göstəriş verəcək. Və bir çox ağa-məmurlara da dərs olacaq.

Tağı Həsənov biznesmendir, “Xan Bağı” restoranlar şəbəkəsinin sahibidir. Əvəllər “Pirqulu Dövlət Qoruğunun” müdiri və “Şahdağ Milli Parkının” müdir müavini işlədiyindən mülkiyyətində külli miqdarda meşə zolağı torpaqları vardır. “789” seriya nömrəli lüks avtomobil kolleksiyasının sahibidir. Poçt Filialına rəis təyin olunduqdan sonra dotasiya ilə keçinən Azərpoçtun ona təxsis etdiyi lüks xidməti avtomobilinə də bənzəri nömrə nişanı-56 AA 079 (Şamaxı rayonunda olan xidməti maşınların sayı 789 –a imkan vermir) taxdırıb. Axı 62 yaşlı bu adam hansı məziyyətlərinə görə bu vəzifəyə təyin olunub? Biznesmen olduğuna görəmi, Neft Şikətinin məsul vəzifəlisi Barat Həsənovun qardaşı olduğuna görəmi, yoxsa Pirqulu Dövlət Qoruğunda və Şahdağ Milli Parkındaki iş təcrübəsinə görəmi???”

(ardı var)

DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq....

Geri qayıt