Əsas Səhifə > Sosial, Manşet > Rövnəq Abdullayevi baş nazir postuna daşıyan yollara necə maneə yaradılır

Rövnəq Abdullayevi baş nazir postuna daşıyan yollara necə maneə yaradılır


8-04-2014, 09:59
Rövnəq Abdullayevi baş nazir postuna daşıyan yollara necə maneə yaradılır
DİA.AZ: - Hakimiyyət içində yeni çəkişmə mərkəzləri nəzərləri cəlb etməkdədir. Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, son günlər Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə qarşı kampaniya başladılıb.

Mənbənin sözlərinə görə, Rövnəq Abdullayevə qarşı cəbhə açan cinah ilk əvvəl ARDNŞ şefini neçə müddətdir davam edən «nurçu dalğası»nın ağzına verməyə çalışsa da, buna müəssər olmadı: «Əslində Rövnəq Abdullayevə qarşı hücumlar əksər hallarda effektiv olmayıb və bundan sonra da olmaacaq. Ən azından o səbəbə görə ki, ARDNŞ şefi bütün addımlarını məhz hakimiyyətin üst düzəyinin göstərişləri ilə həyata keçirir. Belə olan təqdirdə Rövnəq Abdullayevi məsələn, dünənə qədər Fətullah Gülən camaatına aid olan Türkiyə liseylərinin və Qafqaz Universitetinin satın alınması ilə ittiham etmək hansısa formada səmərə verə bilməz».

Son günlərin əsas olaylarından biri kimi diqqətə gələn benzinin qalxması məsələsinə gəlincə isə mənbəmiz bunun da ARDNŞ şefinin iradəsinin məhsulu olmadığını bildirdi: «Təbii ki, Rövnəq Abdullayev verilən qərarları üstələnmək və bu qərarları əsaslandırmaq zorundadır. Amma benzinin qalxması onun yox, hakimiyyətin siyasətinin nəticəsidir, hakimiyyət tərəfindən atılan addımdır. Ona görə də Rövnəq Abdullayevə qarşı rəqibləri tərəfindən mətbuatda başladılan növbəti kampaniya da uğursuzluğa düçar olacaq. Bunu bəri başdan görmək olar».

ARDNŞ şefinin bu əsnada aydan arı, sudan duru olmadığını da bildirən mənbəmiz əslində Rövnəq Abdullayevə qarşı kampaniyanın fərqli mahiyyət daşıdığını da söylədi: «Əslində rəqibləri onu indiki mövqeyindən dışlamağı qəsd etməyiblər. Onlar da yaxşı bilirlər ki, rəsmi qərarlar ona qarşı «yuxarıların» qəzəbini qaranti edə bilməz. Hədəf tamamən başqadır. Və rəqibləri ARDNŞ şefini ictimai qınağın hədəfinə çevirməyi düşünürlər».

Bunun səbəbləri barədə açıqlama verən məlumatlı mənbə dia.az-a maraqlı bir faktı da açıqladı: «Rövnəq Abdullayev yaxın vaxtlarda baş nazir postuna təyin edilməlidir. Bu barədə müəyyən tədarüklər var. Və görünür ki, bundan əndişə keçirən rəqibləri istənilən bir fürsəti fövtə verməyərək ARDNŞ şefinin reputasiyasını bacardıqları qədər ləkələyirlər. Bunun isə hansı formada səmərəli olacağını indidən söyləmək mümkün deyil».

Geri qayıt