Əsas Səhifə > Sosial, Manşet > AMEA-da SON DURUM: Belə davam edə bilməz...

AMEA-da SON DURUM: Belə davam edə bilməz...


17-09-2024, 09:46
AMEA-da SON DURUM: Belə davam edə bilməz...
"Adam elmi işçidir. Hər gün iki marşrut dəyişərək Vişnovkadan gəlir elmlər akademiyasına. Aldığı maaş 492 manat 53 qəpikdir. Çalışır ki, kiçik alverlə (kiməsə rəy yazmaq, məqalə düzəltmək, təshih etmək və s.) 1-2 mant əlavə qazanc edib bir təhər iki uşağını saxlasın. Həyat yoldaşı günəmuzd fəhlədir. İşi gah olur, gah da olmur..." dia-az.media xəbər verir ki, bunu öz gileyində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.
O daha sonra Azərbaycanda real elm adamının yaşantılarını belə təsvir edir: "Bədbəxtlikdən kiçik alver sahəsini də akademik boslar inhisara alıb qatıblar iri mənimsəmələrinin içinə. Yəni o işlərə də yiyəliyi yekələr edirlər. Deməli, 1-2 mant əlavə qazanmaq istəyən möhtac elmi işçi institutda 5-7, bəzən 9-11 nəfəri əhatə edən həmin akademşəbəkə boslarına baş əyməli, qılınclarının altından keçib biət etməlidir ki, 1-2 manat qazanmaq ona da nəsib olsun. Adam 2 uşağı dolandırmaq üçün hansı zülümlərdən keçir, bir Allah bilir. Zavallı o gün məni yamanlayırmış ki, bəs guya rüşvətlə bağlı tənqidi yazılarım onların güzəranına mane olur. Əsla! Gördüklərimin yazıya köçürülməsi müqabilində indiyədək bir nəfərə gözün üstə qaşın var deyən olubmu?! Yox, əlbəttə. Deməli, bu, mənə qarşı ikrah yaratmağa çalışan akademşəbəkənin yeyimcil və harın üzvlərinin uydurmasıdır. Mənim kiməsə mane olmaq və ya olmamaq kimi heç bir haqq, hüquq və ya səlahiyyətim yoxdur.
Əlimdə olsaydı, elmi işçinin minimum maaşını 1550 manat edərdim. Əfsus ki, şöbə müdiri kimi özümün maaşı 600-700 manat arasıdır. Əlimdə olan son imkanlardan istifadə edib yıxılmamağa çalışsam da, bu cür davam etməklə vəziyyət getdikcə pisləşir.
...Alış-verişə gəlincə, hər kəsin öz yolu, öz dünyagörüşü, öz xarakteri var və hər kəs özünə cavabdehdir. Kiminsə güzəranına mane olub-olmamaq mənə aid deyil".

Geri qayıt