Əsas Səhifə > Sosial, Manşet > Abbas Abbasov özündə bu cəsarəti hardan tapdı? - Baş nazirin sabiq müavini reytinq peşində

Abbas Abbasov özündə bu cəsarəti hardan tapdı? - Baş nazirin sabiq müavini reytinq peşində


2-04-2014, 10:18
Abbas Abbasov özündə bu cəsarəti hardan tapdı? - Baş nazirin sabiq müavini reytinq peşində
DİA.AZ: - Məlum olduğu kimi, “Azerros” Ağsaqqalllar Şurasının sədri Abbas Abbasov Liberal-demokratlar partiyasının lideri Jirinovskinin martın 11-də Dövlət Dumasında etdiyi çıxışı ilə əlaqədar Rusiya Baş Prokurorluğuna müraciət edib. Hər halda, tarixçədən də görünür ki, son prezident seçkiləri ərəfəsində «Milyarderlər İttifaqı» çətiri altında rəsmi Bakıya qarşı opponentlik edən möhtərəm Abbas müəllim xeyli gecikib.

Jirinovskinin məlum sayıqlamasına isə əslində ilk olaraq reaksiyanı elə Abbas Abbasovun özü verməli idi. Çünki onun Kremlə yaxın olduğunu hər kəs bili rvə elə bu yaxınlığına söykənib dərhal cavab verməli idi. Onun Jirinovskinin təhqirlərini qulaqardına vurmasını isə Azərbaycanda birmənalı qarşılamadılar. Hər kəs «Abbas Abbasov niyə susur» deyə suallar yağdırdı.

«Uman yerdən küsərlər» deyib atalarımız. Biz də sonuncu dəfə Abbas müəllimdən umduq ki, bir millət olaraq hədəfə alındığımız şəraitdə o, susmayacaq.

Amma susdu. O vaxta qədər ki, nəhayətdə «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov sərt formada Jirinovskinin cavabını verdi. Biz biləni, Abbas Abbasov Telman İsmayılovdan Azərbaycanın milli mentalitet dəyərlərinə bir köynək yaxın olmalı idi.

Abbas Abbasov özündə bu cəsarəti hardan tapdı? - Baş nazirin sabiq müavini reytinq peşində

Amma görünəni o oldu ki, Abbas Abbasova Jirinovskinin sözünün təsir etməsi üçün aradan ən azından 20 günlük vaxtın keçməsi lazımdır. Hə də, adam hövsələ yiyəsidir. Bəlkə də düşünüb ki, Jirinovski dediklərinin peşmançılığını çəkib, üzr istəyə…

Təbii ki, Abbas Abbasovun bu sarıdan hövsələ etdiyini kimsə düşünmür. Elə biz də. Sadəcə olaraq ondakı bu cəsarətin Telman İsmayılovun Jirinvskiyə cavab verməsindən və cavab verərkən də «Azərbaycan xalqı rus xalqının formalaşmasında yaxından iştirak edib» ifadəsini işlətməsindən qaynaqlandığı heç şübhəsizdir.

…Yeri gəlmişkən. Möhtərəm Abbas müəllim son prezident seçkiləri ərəfəsində Azərbaycanda nüfuzunu o qədər xərcləyib ki, artıq bunun da fərqinə varmaqdadır. Elə buna görə də bir neçə gün əvvəl «Mənimlə İlham Əliyevin arasını vurmağa çalışırlar» deyərək, şübhəli ifadələr işlədir. Kimdir ara vuran, cənab Abbasov? Axı siz özünüz münasibətlərinizi korlayırsınız…

Əgər Jirinovskini prokurorluğa verməklə xal yığacağınızı düşünürsünüzsə, bu da alınmayacaq. Çünki sizə qədər daha samballı şəkildə reaksiya verilib…

Azər - DİA.AZ

Geri qayıt