Əsas Səhifə > Sosial, Manşet > Rəsmi Tehran Azərbaycana qarşı olan ən söyüşcül saytında da atəşkəs elan etdi

Rəsmi Tehran Azərbaycana qarşı olan ən söyüşcül saytında da atəşkəs elan etdi


1-04-2014, 10:38
Rəsmi Tehran Azərbaycana qarşı olan ən söyüşcül saytında da atəşkəs elan etdi
DİA.AZ: - Məlum olduğu kimi, İran Azərbaycana qarşı mətbu təbliğatını dayandırıb. Bu barədə keçənlərdə məlumat vermişdik və bildirmişdik ki, dövlətimizə, dövlətimizin rəhbərliyinə və həmçinin Azərbaycan türkünə qarşı fəaliyəti ilə seçilən, İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan KİV-lər artıq ənənəvi fəaliyyətlərindən imtina ediblər. Kəsəsi daha bizi söymürlər.

Bildirək ki, bu əsnada xüsusi olaraq fərqlənəni «abna.ir» portalı idi ki, bu saytda hətta Azərbacycanın dövlət rəhbərliyinin ünvanına aşağılayıcı ifadələr də işlənirdi.

Lakin son aylarda rəsmi Bakı ilə münasibətlərini qaydasına salan rəsmi Tehranın həm də Azərbaycan prezidentinin İran səfəri ərəfəsində bu kimi KİV-lərini də susdurması çox böyük hadisə kimi qarşılanmalıdır.

DİA.AZ xatırladır ki, buna qədər İrana aid «Səhər» telekanalında, «qafqaz.ir», «arannyus» və digər bu kimi portallarda da Azərbaycan əleyhinə təbliğat durdurulmuşdu.

Daha çox söyüşləri ilə seçilən «abna.ir»ə gəlincə isə özünün görünüşünü, diyaznını da təzələyən bu saytda ümumiyyətlə, Azərbaycan əleyhinə olan materialların arxivi də ləğv edilib ki, bu da təqdirəlayiq hal kimi qarşılanmalıdır.

Geri qayıt