Əsas Səhifə > Sosial, Manşet > “Kontakt Home” camaatı BELƏ PEŞMAN EDİR...

“Kontakt Home” camaatı BELƏ PEŞMAN EDİR...


10-08-2024, 09:40
“Kontakt Home” camaatı BELƏ PEŞMAN EDİR...
"Mən "Kontakt Home"u hara şikayət edə bilərəm?" Dia.azİnfo bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sahib Əsədov adlı istifadəçi yazıb.

Narazı vətəndaş sualının ardından başına gələnləri belə nəql edib: "Telefonumda problem var, servisə apardım... Yekun qərar o oldu ki, təmirə yararsızdır... Servis əlaqə saxladı ki, sizin telefon yararsızdır və sizə məhsulun dəyərinin 55 faizi qədərində kompensasiya veririk.

Mən də dedim ki, istəmirəm: ya telefonun yenisini verin, ya da təmir edin... İndi bu şəbəkədən hara şikayət edə bilərəm?"

“Kontakt Home” camaatı BELƏ PEŞMAN EDİR...

Qeyd edək ki, vətəndaşın bu müraciətinə zamanında oxşar şirkətlərdən birində çalışmış bir vətəndaş maraqlı rəy yazıb. Dia-az.İnfo olaraq Novruz Məmmədov adlı istifadəçinin yazdığı həminn rəyi də təqdim edirik:

"Monopolistləri heç yana şikayət edə bilməyəcəksiniz...
Birinci İstelhakçı hüquqları birliyinə müraciət edin.
Çox güman ordan bir şey çıxmayacaq
Kreditdirsə, kreditini ödəməyin.
Verin məhkəməyə.
Bunlarla başqa çarəsi yoxdu.
Mən özüm böyük elektronika mağazalarından birinin servisində işləmişəm.
Müdiriyyət bizə tapşırırdı ki neynirsiz eləyin xərcimiz az olsun qızıl zəmanətli telefonları belə zülüm verə verə düzəltdirirdi müştərilər.
Bax belə yerdi xaraba Azərbaycan..."

Geri qayıt