Əsas Səhifə > Sosial, Manşet > Kremlin sirli adamı Rəsul Quliyev Azərbaycana dönə bilər - Naxçıvan qruplaşması hərəkətdə

Kremlin sirli adamı Rəsul Quliyev Azərbaycana dönə bilər - Naxçıvan qruplaşması hərəkətdə


17-03-2014, 11:01
Kremlin sirli adamı Rəsul Quliyev Azərbaycana dönə bilər - Naxçıvan qruplaşması hərəkətdə
DİA.AZ: - Keçmiş spiker Rəsul Quliyevin Azərbaycana dönüş məsələsi yenidən gündəmə gəlib. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə xəbər verib. Qaynaq bildirir ki, konkret olaraq Naxçıvan qruplaşmasının tanınmış simalarından bəziləri hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin vətənə qayıdışı üçün hərəkətə keçib, vasitəçiliyi öz üzərinə götürüb.

Burada mühüm məqamın artıq açıq şəkildə Rəsul Quliyevin dönüşü ilə bağlı danışıqların aparılmasında olduğunu bildirən mənbəmiz əlavə edib ki, əslində iqtidar daxilindəki naxçıvanlı qruplaşması son günlər kifayət qədər xiddi itkilər verdiklərindən onların kənar dəstəyə belə ehtiyacları yaranıb.

Mənbənin söylədikləri: «Rəsul Quliyev kifayət qədər tanınmış fiqur olmaqla yanaşı, həm də siyasi avtoritetlərdən hesab olunur. Ona qarşı Kremlin də münasibəti kifayət qədər yaxşıdır. Və elə bu səbəbdən məhz Kremlin dəstəyinə söykənən iqtidar daxilindəki Naxçıvanlı qruplaşması keçmiş spikerin Azərbaycana qayıdışını da öz güclərinin üstünə gücün qatılması kimi qəbul edirlər».

Mənbə iddia edir ki, hələlik bu danışıqlarda hansısa müsbət nəticəyə varılmasa da, bu gün Rəsul Quliyev tərəfdarlarının iqtidar daxilində fəallaşması böyük bir hadisə kimi qarşılanmaqdadır.

Xatırladaq ki, Rəsul Quliyev hazırda ABŞ-a sığınırmış kimi görünsə də, onun Rusiyanın xüsusi xidmət orqanları ilə mübhəm əlaqələrinin olması bir faktdır. Hətta bu barədə zamanında - 2004-cü ildə ABŞ Dövlət Departamenti xüsusi açıqlama ilə də çıxış etmək zorunda qalmışdı. Departamentin qeyd olunan ildə verdiyi bəyanatda qeyd olunurdu ki, ABŞ Azərbaycanda İlham Əliyevlə, Etibar Məmmədovla, Əli Kərimli il əvə İsa Qəmbərlə siyasi münasibətlər qurmaqda maraqlı olsa da, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi olan Rəsul Quliyevlə hər hansı ortaq qərara imza ata bilməz.

Geri qayıt