Əsas Səhifə > Sosial, Manşet > “Azəriqaz”da narazılıqlar PİK HƏDDƏ...

“Azəriqaz”da narazılıqlar PİK HƏDDƏ...


4-03-2024, 10:27
“Azəriqaz”da narazılıqlar PİK HƏDDƏ...
Keçən həftə dia-az.media olaraq "Azəriqaz"-da çalışan işçilərə vaxtının keçməsinə bir gün qalmış südün verilməsindən və bunun təhlükəli işdə çalışan işçilərin həyatının birbaşa təhlükəyə atılması anlamını daşımasından danışmışdıq.

dia-az.media bildirir ki, bu olay sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunmaqla yanaşı icttimai qınağa da səbəb olub. Sözügedən qurumda çalışanlar isə buna dayanaraq redaksiyamızz yeni gileylərini çatdırıblar. İşçilərdən Mahmud Mahmudlu yazır:

“Azəriqaz”da narazılıqlar PİK HƏDDƏ...

" "Azəriqaz" əvvəl bir az babat işləyirdi, Ruslan bəy gələndən sonra fırıldaqçıların sayı durmadan artır.

Belə özbaşnalıq olmaz, işçilərin qədirini bilmək, onlara düzgün qiymət vermək lazımdır. Yaddan çıxarmayın ki, stulda və isti yerdə rahat kabinetinizdə oturmağınız, zəhmətkeş işçilərinizin sayəsindədir...."

Yunis Camalov adlı işçi isə zəhərli süd məsələsinə belə reaksiya verib:

",,Azəriqaz" İB Əlixan Məlikovdan sonra işbilməzlərin əlində can verir. Ümidvaram ki, Ali Baş Komandanımız burada da tədbir görəcək. Çünki SOCAR-ın rəhbərliyi gerçəkləri görməkdə çətinlik çəkir. İstismar Departamentinin Rəisi, B/Mühəndisi və Müavini Azər Aşurov ancaq kreslolarını qoruyur. İşləyən yoxdur...."


Geri qayıt