Əsas Səhifə > Sosial, Manşet > Naxçıvan şəhər İcra Hakimiyyəti hər il söz versə də...

Naxçıvan şəhər İcra Hakimiyyəti hər il söz versə də...


9-02-2024, 10:49
Naxçıvan şəhər İcra Hakimiyyəti hər il söz versə də...
Naxcıvan səhərinin mərkəzi küçələrinsən sayılan Azərbaycan küçəsinin yolları uzun müddətdir ki, bərbad vəziyyətdədir. Burada yaşayan sakinlər yağmurlu havada palçıqdan, günəşli havada isə toz-torpaqdan əziyyət çəkirlər.
Bu haqda “Gündəlik Naxçıvan”a məlumat verən sakinlər deyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxan yoxdur:
“Bir balaca yağış,qar yağan kimi palçıq, su dizə çıxır, yolla yerimək mümkün olmur. Uşaqlar məktəbə gedə bilmir. Ayaqqabıları elə vəziyyətə düşür ki, məktəbə buraxmırlar. Onlardan ayaqlarının palçıqdan təmizləməsi tələb olunur. Yayda isə toz-torpaq evlərə dolur, xəstəlik yaradır. Bu səbəbdən yayı da, qışı da sakinlər üçün işgəncəyə dönüb. Vəziyyət illərdir belədir. Nə bələdiyyə, nə də icra orqanları şikayətlərimizə baxır”.
Sakinlər deyirlər ki, Naxçıvan şəhər İcra Hakimiyyəti məsələnin həllinə hər il söz versə də, buna əməl etmir.

VİDEO
Əlaqədar video burada...


Geri qayıt