Əsas Səhifə > Sosial, Manşet > “Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”

“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”


2-11-2023, 08:22
“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”
DİA.AZ bildirir ki, Şirvan şəhər sürücülük məktəbinin yataxanasında yaşayan Batişeva Təranə Kərim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:

"Mən, Batişeva Təranə Kərim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Artıq Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm. 5 aydır sosial yardım almıram, gedirəm, deyirlər ki, “bu gun, sabah yoxlama gələcək, qeydə alınacaqsınız”.

Hər il başıma bu oyunu açırlar. 2 dəfə teleqram vurmuşam, 4 dənə məktub ünvanlamışam, amma cavab yoxdur.

Axırıncı dəfə zəng vurdular ki, sizin işinizə 5 günə baxılacaq, 15 gün keçib hələ baxan yoxdur".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, vətəndaşın müraciətinin araşdıracağı bildirildi.

“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”
“Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm”

Geri qayıt