Əsas Səhifə > Sosial, Manşet > Yardımlıda başbilənlərin BİR GÜNLÜK `MANTYOR` FIRILDAĞI...

Yardımlıda başbilənlərin BİR GÜNLÜK `MANTYOR` FIRILDAĞI...


30-10-2023, 09:01
Yardımlıda başbilənlərin BİR GÜNLÜK `MANTYOR` FIRILDAĞI...
DİA.AZ: - Şikayətçi Yardımlı rayon Bozayran kənd sakini Sadiyev Tahir Səxavət oglu üzləşdiyi "qanunsuz" əməllərlə baglı Respublikanın Baş Prokroru cənab Kamran Əliyevə müraciət ünvanlayıb. DİA.AZ-ın məlumaına görə, şikayət məktubunda deyilir ki, onun oğlu Asəf Sadiyev uzun müddət məşgulluq mərkəzində işsiz kimi qeydiyyatda olub...

Narazı vətəndaş yazır: "İşsiz oldugu üçün məşgulluq mərkəzinə müraciət edib ki, iş yoxdursa mənə mal-heyvan verin ki, onlara qulluq edərək sosial vəziyyətini normallaşdırsın...

Məşgulluq mərkəzindən isə oğluma bildirlib ki, A.Sadiyev işsiz kimi qeydiyyatda deyil... Yardımlı təhsil idarəsində "bir günlük mantyor" kimi qeydə alınıb və səhəri gün işdən azad olunub...

Təsəvvür edirsiniz...? Yardımlı Təhsil idarəsinin "başbilənləri" vətəndaşı "birgünlük" işə qəbul edir və səhəri gün onu işdən azad edirlər ki, vətəndaş dövlət tərəfindən verilən "imtiyazlardan" məhrum olunsun..."

DİA.AZ-ın xəbərinə görə, vətəndaş Baş Prokrorluqdan öyrənmək istəyir ki, Yardımlı Təhsil İdarəsi hansı əsasla belə "qərəzli" göstəriş verərək onu dövlətin imtiyazlarından məhrum edib?

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt